Rusiya NATO-ya üzv hər hansı ölkənin Rusiya regionlarına qarşı mümkün təcavüzünə sərt cavab verəcək.
EDnews xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə bildirib.
Onun sözlərinə görə, alyans ölkələrində Rusiyanın öz ərazisinə qarşı təhlükə yaranacağı halda qəti addımlar atacağına dair heç bir şübhə olmamalıdır.
“NATO-ya üzv istənilən dövlətin Rusiyanın hər hansı regionuna qarşı təcavüzü halında heç kəsdə şübhə olmamalıdır ki, tərəfimizindən qəti və dağıdıcı cavab olacaq”, — deyə Zaxarova bildirib.
Xatırladaq ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna pilotsuz uçuş aparatlarının Moskvaya hücumunu şərh edərkən bildirib ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətindən asılı olan obyektlərə kütləvi zərbələr endirməyə davam edəcək. Lavrovun sözlərinə görə, bu tapşırıq Rusiya Prezidenti Vladimir Putin tərəfindən qoyulub və Rusiya Silahlı Qüvvələri tərəfindən icra olunur.







