İran nümayəndə heyətinin Cenevrəyə səfəri hələlik dəqiqləşməyib.
EDnews xəbər verir ki, bu barədə "Tasnim" məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Belə ki, İran nümayəndə heyətinin Cenevrəyə səfəri ilə bağlı hələlik yekun qərarın qəbul edilmədiyi bildirilib.
Mənbənin sözlərinə görə, bu məsələ ilə bağlı araşdırma və məsləhətləşmələr hələ başa çatmayıb.
Qeyd edilib ki, İran nümayəndə heyətinin sabah Cenevrəyə gedib-getməyəcəyi yaxın saatlarda dəqiqləşəcək.
Mənbə deyib ki, qərar müsbət olarsa, səfərin təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat veriləcək.






