“Fənərbağça”nın yeni baş məşqçisi İsmail Kartal olacaq.
EDnews xəbər verir ki, bu barədə jurnalist Sercan Hamzaoğlu məlumat yayıb.
Məlumata görə, İstanbul klubu qərarını yaxın vaxtlarda rəsmi şəkildə açıqlayacaq.
Qeyd edək ki, bu təyinat reallaşacağı halda, İsmail Kartal “sarı-lacivərdlilər”də dördüncü dəfə baş məşqçi kimi fəaliyyət göstərəcək.







