Azərbaycan Prezidenti İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib.
EDnews xəbər verir ki, görüşdə Azərbaycan ilə Ərəb Koordinasiya Qrupuna daxil olan qurumlar arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirilir.
Qəbul zamanı qarşılıqlı əlaqələrin inkişafı, birgə layihələrin icrası və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Ərəb Koordinasiya Qrupu inkişaf, maliyyələşmə və investisiya sahələrində əməkdaşlığı dəstəkləyən bir sıra qurumları birləşdirir.
















