Daxili İşlər Nazirliyi ötən gün ölkə üzrə qeydə alınan cinayətlərlə bağlı əməliyyat statistikasını açıqlayıb.
EDnews xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, iyunun 17-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 148 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 119 nəfəri borclu şəxs qismində axtarışda olan şəxslərdir.
Bundan başqa, narkotiklərlə əlaqəli 15 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 8 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
.jpg)






