2026-cı il may ayının 1-i vəziyyətinə görə, ölkə əhalisinin sayı 7 987 nəfər və ya 0,1 faiz artıb.
EDnews xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, Azərbaycan əhalisinin sayı 10 milyon 270 min 338 nəfərə çatıb.
Əhalinin 54,3 faizini şəhər, 45,7 faizini isə kənd sakinləri təşkil edir. Gender bölgüsünə görə, ölkə əhalisinin 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardır.
.jpg)






