Azərbaycan Dəmir Yolları Bakı-Böyük Kəsik dəmir yolu xəttində enerji sisteminin yenilənməsi işlərini davam etdirir.
EDnews xəbər verir ki, ADY tərəfindən Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemi yenilənib.
Ağstafa stansiyasında isə müvafiq işlər tamamlanma mərhələsindədir.
Bildirilib ki, yenilənmiş kontakt şəbəkə enerjidən daha səmərəli istifadəyə imkan yaradacaq. Bununla yanaşı, görülən işlər hərəkət təhlükəsizliyinin və sürətin artırılmasına, həmçinin sərnişin və yükdaşımaların həcminin yüksəldilməsinə xidmət edəcək.







