Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu üzrə indiyədək bu istiqamətdə 4000-dən çox sərnişin daşınıb.
Bu barədə EDnews-un sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib.
"Qatarlar tam dolu hərəkət edib və hazırda da yüksək tələbat müşahidə olunur. Bu səbəbdən 11 iyundan etibarən hər reysə komfort sinif üzrə 1 əlavə vaqon qoşulacaq", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmiryol nəqliyyatı 6 illik fasilədən sonra mayın 26-da bərpa olunub.
Aytac Kərimova | EDnews







