Bu gün Bakı və Salyanın bəzi ərazilərində təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Azərişıq”dan EDnews-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyunun 11-də paytaxt və Salyanda elektrik şəbəkəsində yenidənqurma və təmir işləri aparılacaq.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir işi ilə əlaqədar saat 10:00-dan 13:00-dək Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev, Bəsti Bağırova küçələrində, eləcə də Hüseyn Cavid prospektinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin Nizami RETSİ ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar həmin saatlarda Bəhruz Nuriyev küçəsində elektrik enerjisinin verilişində fasilə olacaq.
Suraxanı RETSİ-nə daxil olan 35/6 kV-luq BMTZ yarımstansiyasında aparılacaq yenidənqurma işləri səbəbindən saat 10:00-dan 13:00-dək Bülbülə qəsəbəsinin Səttar Bəhlulzadə, İlqar Məmmədov və Vüqar Bədəlov küçələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
İyunun 11-də Salyan Elektrik Şəbəkəsi ərazisində də işlər görüləcək. Belə ki, 110/35/6 kV-luq “Salyan” yarımstansiyasından qidalanan 35 kV-luq 710 saylı hava xəttinə toxunan ağaclar budanacaq.
İməcilik işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Kərimbəyli, Qaraçala, Çadırlı, Bəşirbəyli, Pambıqkənd, Yolüstü, Yeni Uluxanlı, Varlı, Peyk və Düzənlik kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.
Bundan başqa, Noxudlu kəndinin elektrik şəbəkəsində aparılacaq yenidənqurma işləri ilə əlaqədar həmin saatlarda Aşağı və Yuxarı Noxudlu kəndləri də gərginliksiz qalacaq.
“Azərişıq”dan qeyd olunub ki, yenidənqurma və təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
.jpg)




.jpg)

