"Hazırda Azərbaycan qazı alan ölkələrin sayı getdikcə artır. Səhv etmirəmsə, bu yaxınlarda Azərbaycan qazının dəhliz vasitəsilə Almaniyaya tədarükü ilə bağlı müqavilə imzalanmışdı. Ümumilikdə isə qaz ixracının həcmləri artmaqda davam edir".
"Newsbase" nəşrinin baş redaktoru CO Mörfi bunu Bakı Enerji Həftəsi çərçivəsində EDnews-a açıqlamasında deyib.
O, 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”na diqqət çəkib.
"Həmin memorandumla Azərbaycan 2027-ci ilədək Avropaya təbii qaz tədarükünü mərhələli şəkildə iki dəfə artıraraq illik 20 milyard kubmetrə (BCM) çatdırmağı öhdəsinə götürüb. Lakin hazırda ixrac həcmi hələ də 12 milyard kubmetrdən bir qədər çoxdur. Bununla belə, hesab edirəm ki, Azərbaycanın bu həcmləri təmin etmək üçün kifayət qədər qaz ehtiyatları mövcuddur. Əsas şərt Avropa tərəfinin uzunmüddətli öhdəliklər götürməsidir. Bu halda 20 milyard kubmetrlik hədəfə çatmaq tamamilə real görünür. Bunun nə vaxt baş verəcəyini isə dəqiq demək çətindir".
Aytac Kərimova | EDnews



.jpg)

.jpeg)

