Avropa İttifaqı Şurası Ukrayna və Moldova ilə bu ölkələrin Aİ-yə daxil olması barədə danışıqların başlanmasına hazırlıq prosesinə start verib.
EDnews xəbər verir ki, bu barədə Aİ Şurasının Kipr sədrliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Kipr sədrliyi bu gün Ukrayna və Moldovanın [Avropa İttifaqına] daxil olması üzrə danışıqların birinci klasterinin rəsmi açılışına hazırlıq prosesinə start verib", - məlumatda bildirilib.
Kipr tərəfi danışıqların açılması məsələsinin Aİ Şurasında müzakirəsini başa çatdırmaq üçün yaxın günlərdə intensiv iş aparmaq niyyətində olduğunu bildirib.
Danışıqlar prosesinin startı iyunun 15-də Lüksemburqda keçiriləcək Avropa İttifaqının genişlənməsi üzrə hökumətlərarası konfrans çərçivəsində baş tuta bilər.




.jpg)


