"İran hər an müharibəni bərpa etməyə və İsrailə zərbə endirməyə hazırdır".
EDnews "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı bəyan edib.
"Əgər İsrail Beyruta qarşı təcavüz həyata keçirərsə, bizim silahlı qüvvələrimiz hər an müharibəni bərpa etməyə və İsrailə zərbə endirməyə hazırdır", - deyə o vurğulayıb.
Əraqçı İranın ABŞ ilə təmaslarının kəsilmədiyini diqqətə çatdırıb. "Amerikalılarla təmaslarımız kəsilməyib, lakin danışıqlarda heç bir irəliləyiş də əldə olunmayıb", - deyə nazir bildirib.
Nazir vurğulayıb ki, danışıqlara qayıdış İran xalqının hüquqlarının təmin edilməsi, həmçinin İrana, Livana və regiona qarşı müharibənin dayandırılması şərti ilə mümkün olacaq







