Cənubi Qafqazın dominant gücü Azərbaycandır - RƏY

Cənubi Qafqazın dominant gücü Azərbaycandır - <span class="text-danger">RƏY</span>

Son dövrlər Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan gərginlik regionun əsas müzakirə mövzularından birinə çevrilib. İki ölkə arasında siyasi və təhlükəsizlik sahələrində yaranan fikir ayrılıqları həm regional, həm də beynəlxalq səviyyədə diqqətlə izlənilir. Müzakirələri daha da aktuallaşdıran məqamlardan biri isə Rusiya Prezidenti Vladimir Putinin Ermənistan və Ukrayna ilə bağlı səsləndirdiyi fikirlərdir.

Putin çıxışlarından birində Ukraynada baş verən proseslərin vaxtilə Ermənistanda müşahidə olunan tendensiyalarla oxşarlıq təşkil etdiyini bildirib. Bu yanaşma Ermənistanın gələcək siyasi kursu və Moskva ilə münasibətlərinin perspektivləri barədə müxtəlif suallar doğurur.

Bəs Ermənistan-Rusiya münasibətlərində yaşanan dəyişikliklər Cənubi Qafqazda hansı nəticələrə səbəb ola bilər? Həqiqətənmi Ermənistanı Ukraynaya bənzər bir ssenari gözləyir, yoxsa mövcud vəziyyət fərqli geosiyasi reallıqlarla izah olunmalıdır?

Mövzu ilə bağlı EDnews-a danışan tarix elmləri doktoru, Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri  Telman Nüsrətoğlu qeyd edib ki, Ermənistan Rusiya ilə münasibətlərdə “qırmızı xətt” hesab edilən məsələləri nəzərə alaraq hərəkət edir:

“Paşinyan həm xalqa, həm də Qərb dairələrinə Qərbyönlü siyasət izləməsi ilə bağlı müsbət mesajlar verməyə çalışır. Lakin Rusiyanın hərbi bazasının mövcudluğu, Ermənistanın gələcəkdə Avropa Birliyinə üzvlük məsələsi və Rusiya üçün “qırmızı xətt” sayılan digər mövzularla bağlı daha ehtiyatlı və nəzarətli proses aparılır. Bu mənada, Paşinyan öz gücünün hüdudlarını düzgün dəyərləndirərək siyasət aparır. Ona görə də Rusiyanın açıq şəkildə Ermənistana müdaxilə etməsi, yaxud ölkədə hansısa sui-qəsdlər həyata keçirməsi və öz siyasi layihəsini zor gücü ilə tətbiq etməyə çalışması problemli və çətin görünür”.

cq1.jpg

Ekspertin sözlərinə görə, hazırda Rusiyanın geosiyasi baxımdan üzləşdiyi problemlər, Ukraynadakı vəziyyət, Qərbin, o cümlədən Avropa və Amerikanın Ermənistana verdiyi dəstək açıq Rusiya müdaxiləsini daha problemli hala gətirir. Buna görə də məsələni seçkiöncəsi gərginlik və mövqelər uğrunda mübarizə kimi xarakterizə etmək olar:

“Digər tərəfdən, Rusiyada da görünür ki, aparılan rəy sorğularının hamısında Paşinyan ciddi səs üstünlüyünə malikdir və öndədir. Paşinyanın seçkilərdə qalib gəlməsi ciddi şübhə doğurmur. Rusiyanın dəstəklədiyi şəxslərin isə mövqeyi olduqca zəifdir. Onların geosiyasi baxımdan Ermənistanda hakimiyyətə gəlməsi Ermənistan üçün daha ağır nəticələr doğura bilər. Bütün bu parametrlər göstərir ki, Rusiyanın zor müstəvisinə keçməsi və Ermənistanın daxili proseslərinə birbaşa müdaxilə etməsi asan deyil. Ermənistan isə bu geosiyasi gərginliyi nəzarət altında saxlamağa çalışır. Ona görə də mən böyük bir kataklizm gözləmirəm.
 Cənubi Qafqaza təsirinə gəlincə isə Telman Nüsrətoğlu əlavə edib ki, Cənubi Qafqazın əsas aparıcı, dominant və oyunqurucu gücü Azərbaycandır. Çünki həm hərbi gücü, həm iqtisadiyyatı ilə Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regional və qlobal miqyasda təsir imkanlarına malik olan gücə çevrilib:

“Azərbaycanın istəmədiyi bir proses Cənubi Qafqazda cərəyan edə bilməz. Azərbaycan bu baxımdan həm Türkiyə ilə birlikdə, həm Şuşa Bəyannaməsi çərçivəsində, həm də Türk dünyası ilə bərabər yeni dünyanın oyunqurucu güclərindən birinə çevrilir. Rusiyanın və ya imperial niyyət daşıyan hər hansı bir gücün bu reallığı tərsinə çevirməsi asan məsələ deyil”.

Aytac Kərimova | EDnews

Xəbər xətti

Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb - YENİLƏNİB-3
02:00
Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb
01:30
İran rəhbərliyi ABŞ ilə razılığa gəlmək üçün PLAN HAZIRLADI
01:09
Abbas Əraqçı: "İSRAİLƏ ZƏRBƏ ENDİRƏCƏYİK!"
01:03
SEPAH Küveytə hücumu təkzib etdi
00:58
İspaniya çempionatında ən gözəl qolun müəllifi O OLDU
00:53
TRAMPDAN AÇIQLAMA: "İranla razılaşma BU VAXT OLA BİLƏR..."
00:47
İran ABŞ-nin hərbi gəmisini vurdu
00:43
Millimiz Avropa çempionatının finalına vəsiqə qazanıb
00:38
Tovuzda ağır yol-nəqliyyat hadisəsi BAŞ VERİB
00:29
O da Sammitə görə FRANSAYA GEDƏCƏK
00:26
Bu ölkələrdə Ukrayna pasport xidmətlərində yeni qaydalar tətbiq edilir
00:20
ONLARIN ÖLÜMÜNDƏN 5 İL ÖTÜR
00:10
04.06.2026
Avropanın Putini danışıqlar masasına gətirmək üçün yeni planı AÇIQLANDI
23:59
"Fənərbaxça"dan Luis Suarez sürprizi – İlkin razılıq əldə olundu?
23:39
Rusiyadan təhdid: "Bizi sınamağa cəsarət etməyin!"
23:29
Cənubi Qafqazın dominant gücü Azərbaycandır - RƏY
23:11
Rubioadan etiraf: "Dərin zərbələr görürük!"
22:49
Əlavə məzuniyyətlərlə bağlı YENİLİK
22:29
Tramp Türkiyəyə gedəcək
21:59
Qırğızıstan tarixdə ilkə imza atdı
21:47
Qalibaf İrana qarşı təhdidlərə cavab verdi
21:27
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi
20:49
Dünya alimləri Bakıda bir araya gəldi: İCSEGT 2026 başladı
20:39
XƏBƏRDARLIQ EDİLDİ: “El Nino” fəlakəti gəlir
20:23
Millimiz dünya çempionatında daha bir qələbəsini qazandı - FOTO
20:14
Netanyahu Trampdan danışdı: "Ona inanıram!"
19:57
İmişlidəki yanğınla bağlı SON MƏLUMAT
19:37
Zelenski NATO sammitində iştirak edəcəyi tarixi AÇIQLADI
19:25
Xameneinin dəfn yeri niyə mübahisə yaradır?
19:00
Paşinyanın sülh göyərçini hava qalxmadı - Video
18:53
Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi
18:42
Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi razılaşdırılıb
18:22
Tramp görüşü Braziliyada qalmaqal yaratdı: Lula sərt danışdı
18:14
TDT ölkələrinin mərkəzi banklarının toplantısı Bakıda keçiriləcək
18:05
Küveyt iki İran diplomatını “persona-non grata” elan etdi
17:58
Ukraynadan bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
17:50
Ukrayna cəbhədə önə keçir: G7 müharibənin taleyini dəyişə bilər…
17:40
Tramp Xamenei ilə görüşəcək?  - Sülh danışıqlarının uzanmasına baxmayaraq…
17:31
Baş nazir əlilliyi olan şəxslərlə bağlı qərar imzaladı
17:24
Naxçıvanda idarə rəisi vəzifəsindən azad edildi
17:13
ATƏT PA Ermənistandakı seçkiləri müşahidə edəcək
17:08
Roma Papası Prezident İlham Əliyevə təbrik məktubu göndərib
17:00
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatarlar hərəkət edəcək
16:52
Azərbaycanda 6 saatlıq iş rejimi tətbiq olunacaq? – AÇIQLAMA
16:42
Moskvanın məqsədi Paşinyanı devirmək deyil… - SƏBƏB BƏLLİ OLDU
16:30
Azərbaycanda abort statistikası ARTIR - Sosioloqdan həyəcan təbili
16:20
Niderland rəsmiləri Bakıda enerji və əlaqəlilik məsələlərini müzakirə etdilər
16:10
Tramp ABŞ-nin blokadasının sentyabra qədər uzadıla biləcəyini bildirib
15:59
Yeni Dehlidə hotel alovlandı, çox sayda insan həlak oldu
15:53
Çörəyin qiyməti YENİDƏN BAHALAŞACAQ? - “Yaxın müddətdə…”
15:47
Moskva ilə İrəvanı nə bağlayır? – Siyasi gərginliyin arxasındakı iqtisadi reallıq
15:21
Gərginlik YENİDƏN ARTIR: “İran kapitulyasiyanı qəbul etməyəcək!”
15:15
Prezident Xarici Kəşfiyyat Xidməti ilə bağlı fərman imzaladı
15:08
Politoloqdan Başkənd açıqlaması: “Bu kəndin mübadiləsi mümkün deyil”
14:50
I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır
14:42
Baş katib: "Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı qərarı xalq verəcək"
14:36
“Rəsmi Bakının beynəlxalq enerji siyasətində rolu artır” - Millət vəkili
14:30
Əli Əhmədovun oğlu baş həkim təyin edildi
14:28
Nazir “qayıdış qaçılmazdır” dedi - Londonun Aİ kursu dəyişir?
14:25
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR