ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında aparılan danışıqların uğurla davam etdiyini və İranla razılaşmanın artıq bu həftəsonu əldə edilə biləcəyini bildirib.
EDnews xəbər veri ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, danışıqlar müsbət məcrada irəliləsə də, onların nəticəsiz qalması ehtimalı da istisna edilmir.
“Eşitdiyimə görə, danışıqlar çox yaxşı gedir, həqiqətən də çox yaxşı gedir. Əgər bu baş versə, baxmayaraq ki, baş verməyə də bilər, bunu heç kim dəqiq bilmir, razılaşma artıq bu həftəsonu əldə oluna bilər”, - deyə ABŞ prezidenti bildirib.







