ABŞ Ukraynadakı münaqişədə eskalasiya təhlükəsi görür.
EDnews xəbər verir ki, “Associated Press” agentliyinin yaydığı məlumata görə, bunu dövlət katibi Marko Rubio ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmələrdə deyib.
“Hazırda Ukraynadakı münaqişənin gərginləşmə təhlükəsi yaratdığını düşünürəm, çünki biz dərin zərbələr görürük”, - o deyib.
Dövlət katibi qeyd edib ki, ABŞ münaqişəni dalana dirənmiş kimi qiymətləndirir.








