Qlobal enerji bazarında artan gərginlik və qiymət dəyişiklikləri fonunda beynəlxalq qurumlar ciddi xəbərdarlıqlar edir.
EDnews xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol dünya enerji təhlükəsizliyinin tarixi risklərlə üzləşdiyini bildirib.
O, Reuters agentliyinə açıqlamasında qeyd edib ki, qiymət artımları və hökumətlərin böhranla mübarizə tədbirləri nəticəsində enerji tələbatında azalma müşahidə oluna bilər.
Birol həmçinin vurğulayıb ki, İran müharibəsinin təsiri nəticəsində indiyədək gündəlik təxminən 13 milyon barel neft itkisi qeydə alınıb.
Onun sözlərinə görə, bu vəziyyət qlobal enerji bazarında ciddi balans pozuntusuna və uzunmüddətli iqtisadi təsirlərə səbəb ola bilər.



.jpg)


.jpeg)
