"Hazırda yeniliklər kifayət qədər çoxdur. Mövcud neft-qaz yataqlarına yeni nəfəs vermək, onlar üçün yeni inkişaf mərhələsi açmaq istiqamətində işlər aparırıq".
“Bahar Energy Operating Company”nin Performans və texnologiya departamentinin direktoru Orxan Hüseynov bunu Bakı Enerji Həftəsində EDnews-a danışarkən bildirib.
"Bu yataqları yenidən canlandırırıq və həm texniki, həm əməliyyat prosesləri, həm də insan resursları baxımından müxtəlif yeniliklər tətbiq edirik. Bütün bu yeniliklər nəticəsində gündəlik hasilatın daha da artacağını gözləyirik və artıq bunun müsbət nəticələrini görməyə başlayırıq. Hazırda yeni layihə üzərində işləyirik. Məqsəd köhnə yataqlara yeni həyat vermək, onların potensialını yenidən üzə çıxarmaq və fəaliyyətlərini daha da gücləndirməkdir. Bu layihənin həyata keçirilməsi həmin yataqlarda hasilatın artmasına əhəmiyyətli töhfə verəcək. Bu istiqamətdə işlər davam etdirilir, - deyə o əlavə edib.
Aytac Kərimova | EDnews





.jpeg)

