Azərbaycan Dəmir Yolları tətil və məzuniyyət mövsümü ilə əlaqədar yay aylarında daha sıx qrafiklə fəaliyyət göstərəcək.
EDnews xəbər verir ki, yay mövsümündə sərnişin tələbatı nəzərə alınaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə səfərlər təşkil olunacaq.
Bildirilib ki, bu istiqamət üzrə reyslər 13 iyundan 31 avqustadək hər şənbə və bazar günləri həyata keçiriləcək.
Sərnişinlər sözügedən reyslərə biletləri 10 faiz endirimlə əldə edə bilərlər.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqi vasitəsilə almaq mümkündür.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.


.jpg)




