İranda yeniyetmə qızlar arasında tütün və tütün məmulatlarından istifadənin sürətlə artdığı bildirilir.
EDnews xəbər verir ki, bu barədə “Tasnim” Tütünlə Mübarizə Cəmiyyətinin baş katibi Məhəmmədrza Məscidiyə istinadən məlumat yayıb.
Bildirilib ki, İranda 13-15 yaşlı yeniyetmə qızlar arasında tütün və tütün məmulatlarından istifadə 2016-cı illə müqayisədə təxminən 135 faiz artıb.
Hazırda ölkə əhalisinin 20-24 faizinin müxtəlif formalarda tütün və tütün məmulatlarından birbaşa və ya dolayı şəkildə istifadə etdiyi qeyd olunur.
Məlumata görə, xüsusilə yeniyetmə qızlar arasında tütündən istifadənin yayılması təhlükəli səviyyəyə çatıb.
Məhəmmədrza Məscidi bildirib ki, İranda hər il tütün istifadəsindən qaynaqlanan xəstəliklər səbəbindən 60 min nəfər həyatını itirir.







