Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsinin Gürcüstan, Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafına əlavə təkan verəcəyini bildirib.
EDnews xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstan gələcəkdə də Azərbaycan və Türkiyə ilə münasibətlərin dərinləşdirilməsinə xüsusi diqqət yetirəcək.
Kobaxidze bildirib ki, iki ölkə ilə birgə layihələrin həyata keçirilməsi və əlaqələrin daha da möhkəmləndirilməsi Gürcüstan üçün əsas prioritetlərdən biri olaraq qalır.
Baş nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismara verilməsi Gürcüstan, Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişafına daha da təkan verəcək.
“Bağlantı bizim ən böyük güclü tərəflərimizdən biridir. Biz bundan maksimum dərəcədə yararlanmalı və inkişaf etdirməliyik. Bu, digər layihələrlə yanaşı, üç ölkənin bir-biri ilə nə qədər sıx əməkdaşlıq etdiyinin ən yaxşı göstəricisidir”, – deyə Kobaxidze əlavə edib.






