Gürcüstanda 2025-ci il oktyabrın 4-ü prezident sarayına hücum işi üzrə saxlanılan 12 nəfərdən 7-si günahını etiraf edib və prokurorluqla razılaşma bağlayacaq.
EDnews yerli mediaya istinadən xəbər verir ki, bu barədə sözügedən iş üzrə prokuror Laşa Tskvitariya bildirib.
"Təqsirləndirilən şəxslər onlara irəli sürülən ittihamları etiraf edib və peşman olublar. Onların prezident sarayına bitişik ərazidəki zorakı hərəkətlərdə iştirakı videomateriallarla təsdiqlənib", – o deyib.
Qeyd olunub ki, razılaşma çərçivəsində onlara üç il müddətinə şərti cəza təyin ediləcək.
Bu iş üzrə saxlanılan 12 nəfərdən 7-si azad ediləcək.
Xatırladaq ki, Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya 2025-ci il oktyabrın 4-ü Tbilisidə zorakı etiraz aksiyasının və prezident sarayına hücumun təşkilinə görə Tbilisidə saxlanılıb.






