İranın keçmiş rəhbəri Əli Xameneinin dəfn olunacağı və Tehran, Qum, Məşhəd şəhərlərində 3 günlük vida mərasimi keçiriləcəyi barədə yayılan məlumatlar təkzib edilib.
EDnews xəbər verir ki, bu barədə Əli Xameneinin oğlu Məsud Xameneinin rəhbərlik etdiyi Əli Xameneinin Əsərlərinin Qorunması və Nəşri İdarəsi bəyanat yayıb.
Bəyanatda keçmiş rəhbərin dəfn mərasimi ilə bağlı yayılan məlumatların və irəli sürülən fərziyyələrin həqiqətə uyğun olmadığı bildirilib.
Qurum qeyd edib ki, Tehran, Qum və Məşhəd şəhərlərində 3 günlük vida mərasimi keçiriləcəyi barədə informasiyalar təsdiqini tapmayıb.
Bununla da Əli Xameneinin dəfn olunacağı yer və vida mərasiminin proqramı ilə bağlı yayılan iddialar rəsmən təkzib edilib.
Qeyd edək ki, daha əvvəl 28 fevralda ABŞ-İsrail hücumu nəticəsində öldürüldüyü bildirilən İranın keçmiş lideri Əli Xameneinin yerinə onun oğlu Müctəba Xameneinin seçildiyi barədə məlumat yayılmışdı.







