Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə qarşı növbəti genişmiqyaslı hava hücumu həyata keçirdiyini açıqlayıb.
EDnews xəbər verir ki, Zelenskinin sözlərinə görə, Rusiya bir gecə ərzində Ukraynaya 656 dron və 73 raketlə hücum edib. Hücumların Kiyev, Dnepr, Xarkiv, Zaporojye və digər bölgələri hədəf aldığı bildirilir.
Ukrayna lideri bildirib ki, bu hücumlar ölkənin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinin zəruriliyini bir daha göstərir. Zelenski xüsusilə ballistik raket təhlükəsinə qarşı ABŞ istehsalı olan “Patriot” sistemləri üçün raketlərin təcili şəkildə tədarük edilməsinə ehtiyac olduğunu vurğulayıb.
“Əgər Ukrayna ballistik və digər raket hücumlarından qorunmasa, bu hücumlar davam edəcək”, - deyə Zelenski bildirib. O, ABŞ-dən “Patriot” raketlərinin tədarükünün həyati əhəmiyyət daşıdığını qeyd edib.







