Rusiyanın bu gün Ukraynaya qarşı həyata keçirdiyi hücum müharibənin başlanmasından bəri ən böyük hücumlardan biri kimi qiymətləndirilir.
EDnews xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Məlumata görə, Rusiya bir gecə ərzində Ukraynaya ümumilikdə 729 raket və dron atıb.
Bildirilir ki, bu hücum müharibənin başlanmasından bəri beşinci, bu ilin əvvəlindən isə üçüncü ən böyük hücum olub.
“Sky News” qeyd edir ki, indiyədək ən böyük hücum 2025-ci il sentyabrın 7-də qeydə alınıb. Həmin gün Ukraynaya 823 raket və dronla zərbə endirilib.
Bundan başqa, ötən ay – mayın 13 və 14-də Rusiya 24 saat ərzində Ukraynaya ümumilikdə 1500-ə yaxın dron və raket atıb.
Məlumata əsasən, son hücum Rusiyanın Ukraynaya qarşı hava zərbələrinin intensivliyinin yüksək səviyyədə qaldığını göstərir.








