Füzuli rayonunda satışa aparıldığı ehtimal olunan 120 kiloqram yararsız ət aşkarlanıb.
EDnews xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri Daxili İşlər Nazirliyinin Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə yoxlama tədbiri keçiriblər.
Tədbir zamanı Füzuli rayonu ərazisində yerləşən Alxanlı postunda Qurbanov Yavər Tapdıq oğluna məxsus “GAZ 031-02” markalı avtomobil saxlanılıb.
Avtomobilə baxış zamanı 120 kiloqram ətin yararsız olduğu müəyyən edilib. Bildirilib ki, ətdən kəskin qoxu gəlib, rəngi tündləşib və məhsul antisanitar şəraitdə daşınıb.
Həmçinin ətin daşınması zamanı temperatur rejiminə əməl olunmadığı, eləcə də məhsulun baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi aşkarlanıb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

.jpg)




.jpg)
