Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Boris Titov bildirib ki, Rusiya Ermənistan məhsullarını Azərbaycandan gələn tədarüklərlə əvəz edəcək və kənd təsərrüfatı sektorunda Azərbaycan Rusiyaya Ermənistandan daha çox məhsul tədarük etmək iqtidarındadır.
İqtisadçı Xalid Kərimli bu barədə EDnews-a danışıb.

O bildirib ki, Rusiyanın kənd təsərrüfatı məhsullarını idxal etdikləri istiqamətlər arasında Türkiyə, Misir, Çin və digər ölkələr də var:
"Bu ölkələr arasında bəziləri daha böyük imkanlara malikdir. Həm də Ermənistandan kənd təsərrüfatı məhsullarının idxalı çox da böyük həcmdə deyil. Bu, Rusiyanın indi Ermənistana təzyiq vasitəsidir. Zaman-zaman Azərbaycana da təzyiq kimi istifadə eləyirlər, müxtəlif bəhanələrlə idxalları məhdudlaşdırırlar, fermerlərə ziyan vururlar".
Onun sözlərinə görə, Rusiya indi eyni priomu Ermənistana qarşı edir:
"Burada xüsusi dayanıqlı davranış gözləmək lazım deyil. Yəni hesab eləmirəm ki, buna daha çox müvəqqəti təzyiq elementi kimi baxmaq lazımdır. Amma təbii ki, indi bu situativ vəziyyət yaranır".
Ekspert hesab edir ki, bu müvəqqəti dövrdə Azərbaycan fermerləri daha böyük həcmdə kənd təsərrüfatı məhsulları bilərlər. Amma bunun dövrü müvəqqəti xarakter daşıyacaq.
Günəş Mərd | EDnews


.jpg)


.jpg)

