DİQQƏT! Bu evlərin kompensasiyası ARTIRILA BİLƏR

DİQQƏT! <span class="text-danger">Bu evlərin kompensasiyası ARTIRILA BİLƏR</span>

Paytaxtın müxtəlif ərazilərində aparılan söküntü işləri zamanı ən çox müzakirə olunan məsələlərdən biri də kiçik sahəli mənzillərə ödənilən kompensasiyalardır. 

Bir çox vətəndaş hesab edir ki, təqdim olunan məbləğlə eyni ərazidə yeni mənzil almaq mümkün olmur. Bəs bu kateqoriyadan olan evlər üçün xüsusi kompensasiya mexanizmi tətbiq edilə bilərmi?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli EDnews-a açıqlamasında bildirib ki, dövlət ehtiyacları üçün daşınmaz əmlakın alınması qanunvericilikdə istisna hal kimi nəzərdə tutulub və yalnız müəyyən şərtlər daxilində həyata keçirilə bilər.

WhatsApp-Image-2026-06-03-at-12.15.26.jpeg

Onun sözlərinə görə, belə hallarda söhbət əsasən strateji infrastruktur layihələri və ya təhlükəsizlik məsələləri ilə bağlı qərarlardan gedir:

“Qanunvericilikdə bunun üçün konkret meyarlar müəyyən edilib. Dövlət qurumu ilə vətəndaş arasında razılıq əldə olunmalıdır. Əgər vətəndaş təklif olunan kompensasiyadan narazıdırsa, məhkəməyə müraciət etmək hüququna malikdir”.
Ekspert vurğulayıb ki, son illər aparılan söküntülərin böyük hissəsi dövlət tərəfindən deyil, özəl tikinti şirkətləri tərəfindən həyata keçirilir. Bu səbəbdən də kompensasiya məsələlərində vahid dövlət əmsalının tətbiqindən danışmaq doğru deyil.

“Özəl şirkətlərin kompensasiya üçün hansısa əmsal müəyyən etmək səlahiyyəti yoxdur. Onlar mülkiyyət sahibi ilə qarşılıqlı razılıq əsasında anlaşmalıdırlar. Vətəndaşı qane etməyən təkliflə söküntü həyata keçirilə bilməz. Mülkiyyət hüququ toxunulmazdır və qanunla qorunur”.

N.Cəfərli qeyd edib ki, bəzi hallarda özəl şirkətlər dövlət adından çıxış edirmiş kimi davranaraq vətəndaşlara təzyiq göstərməyə çalışırlar:

“Praktikada elə hallar olur ki, vətəndaş razılaşmadıqda kommunal xidmətlərin dayandırılması və ya müxtəlif təzyiq üsullarından istifadə edilir. Bu isə qanunvericiliyin ruhuna ziddir. Mövcud qanunlar vətəndaşın hüquqlarını qorumaq üçün kifayət qədər imkan yaradır”.

İqtisadçının sözlərinə görə, heç kəs vətəndaşı məcburi şəkildə evindən çıxara bilməz:

“Əsas prinsip qarşılıqlı razılaşmadır. Vətəndaş öz əmlakı üçün istədiyi qiyməti tələb edə bilər. Əgər tərəflər arasında razılıq əldə olunmursa, şirkət məcburi köçürmə həyata keçirə bilməz”.

Ekspert hesab edir ki, ən optimal həll yollarından biri vətəndaşa yeni tikilən binada mənzil verilməsi və tikinti müddətində kirayə xərclərinin qarşılanmasıdır.

“Məsələn, vətəndaşa daha geniş və müasir mənzil təklif oluna bilər. Bina təhvil verilənədək isə onun kirayə xərcləri şirkət tərəfindən ödənilə bilər. Bu, həm vətəndaşın maraqlarına uyğun olur, həm də tərəflər arasında anlaşmanın əldə edilməsinə şərait yaradır”.

Natiq Cəfərli bildirib ki, bu kimi məsələlərin həlli üçün əsas vasitə dialoq və qarşılıqlı anlaşmadır:

“Daşınmaz əmlak sahibinin razılığı əsas şərtdir. Kompensasiya və köçürülmə prosesləri yalnız hüquqi çərçivədə və tərəflərin razılığı əsasında həyata keçirilməlidir. Mübahisələrin həlli yolu məcburiyyət deyil, danışıqlardır”. 

Aytac | EDnews

Xəbər xətti

İxtisas seçimi üçün kimə müraciət etməliyik?
21:20
Azər Allahverənov: “Dünya buna öyrəşib" - MÜSAHİBƏ -VİDEO
21:00
DİQQƏT! Bu evlərin kompensasiyası ARTIRILA BİLƏR
20:30
“Qapı pulu” qanunidirmi?
20:20
Məhərrəm ayı sahibkarlara necə təsir edəcək?
20:00
Xamenei bombalanan zaman Əraqçi də orada olubmuş
19:44
Ceyhun Bayramov ilə Abbas Əraqçi arasında telefon danışığı baş tutub
19:28
Rusiyanın Ermənistan qərarı: Fermerlərə FÜRSƏT
19:13
Ukraynada dəhşətli statistika: müharibədə 707 UŞAQ həlak olub
18:45
Füzulidə satılmağa aparılan 120 kiloqram yararsız ət aşkarlanıb
18:30
Paşinyanın Qərb kursu Rusiyanı narahat edir: Ermənistanı çətin seçim gözləyir
18:15
Mülkiyyət hüququ Böyük Qayıdışın sürətini artıracaq – Politoloq
18:00
Binəqədidə köməksiz qalan insanlarla bağlı MƏLUMAT
17:56
Küveytin Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:51
BP-Azərbaycan “Şahdəniz” yatağında illik hasilatı açıqladı
17:38
Ölkə üzrə 300 mindən çox şagird monitorinqə cəlb olunacaq
17:29
Broyler toyuqları ölümə səbəb olur? - AÇIQLANDI
17:21
TƏCİLİ! Keşlədəki yanğınla bağlı SON DƏQİQƏ MƏLUMATI
17:15
Azərbaycan Ermənistana yanacaq tədarükünü davam etdirir
17:08
Leyla Əliyeva və Arzu Əliyeva Uşaqlar Günündə internat məktəbində olublar
16:50
Bakının mərkəzində YARIM MİLYON MANATA 1 SOT TORPAQ
16:40
Dünyanın diqqəti Ankarada: NATO Sammitindən gözləntilər - ŞƏRH
16:30
Bakı Enerji Forumu Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?
16:15
Müctəba Xameneidən xalqa çağırış: “Birlik və həmrəylik qorunmalıdır”
16:00
Hörmüzdə düyün nöqtəsi: BOĞAZ AÇILIR?
15:53
Abituriyentlər bu il xarici, yoxsa yerli universitetləri seçəcəklər? – ARAŞDIRMA
15:43
Xameneinin dəfn mərasimi ilə bağlı yayılan məlumatlar təkzib edilib
15:24
ABŞ-nin neft ehtiyatları son 20 ilin ən aşağı səviyyəsinə düşüb
15:10
Trampın İran qərarı: “Amerika əsgərləri ölməsə, müharibə...”
14:50
ABŞ-dən Çinlə bağlı ciddi xəbərdarlıq
14:35
Avropa ölkələri Aİ-yə rusiya ilə bağlı çağırış etdi
14:25
Kriştianu Ronaldunun transfer dəyəri 10 milyon avroya qədər düşüb
14:10
Bakı-Ağstafa-Bakı marşrutu üzrə yayda əlavə reyslər təşkil olunacaq
14:00
Yeni salınan yollar tıxac problemini necə həll edir?
13:50
Ermənistanda seçkilər: QALİB KİM OLACAQ?
13:45
Ən əsəbi qadınlar bu ölkədə yaşayır
13:36
Autizmli şəxslər niyə iş tapa bilmirlər?
13:26
Ən yaşlı Azərbaycanlı vəfat edib - FOTO
13:05
Qaz, bazarlar və miqrantlar: Ermənistanın Aİİ-dən uzaqlaşması nələrə səbəb olacaq?
12:50
İranda qızların siqaret aludəçiliyi sürətlə artır
12:45
Ət bazarında dəyişiklik olacaq - Nazir müavini
12:25
“İki masada əyləşmək olmaz!”: Paşinyana Moskvadan seçki mesajı
12:09
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri regionun simasını dəyişir - Umud Mirzəyev
11:52
Somalidə hökumət qüvvələri ilə müxalifət arasında atışma olub
11:33
ABŞ–İran gərginliyi neft qiymətlərinə necə təsir edəcək?
11:21
Simonyan və Paşinyan niyə BAKIYA GƏLMƏK İSTƏYİR?
11:09
Dövlət informasiya resurslarına kiberhücumların qarşısı alınıb
11:00
Son 10 ildə Azərbaycanda kənd təsərrüfatı 37,8 faiz böyüyüb
10:50
Razi Nurullayev: “Elə məsələlər var ki, deputat onu həll edə bilmir” - MÜSAHİBƏ - VİDEO
10:34
Bakıda yeni körpü tikilir
10:21
Əlilliyi olan şəxslər üçün YENİ QAYDALAR TƏSDİQLƏNİB
10:14
Sumqayıtda 32 yaşlı kişi qətlə yetirildi
09:58
Livan və İsrail atəşkəs barədə razılığa gəldilər
09:46
Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
09:38
Rubio: ABŞ İrana qarşı bütün sanksiyaları ləğv etməyəcək
09:30
Kamçatkada ardıcıl zəlzələ baş verib
09:15
ABŞ və İran RAZILAŞDI
08:07
ABŞ 60 ölkədən idxal olunan məhsullara yeni gömrük rüsumları tətbiq edəcək
07:15
Aİ-nin Ukrayna və Moldova ilə bağlı RAZILIĞI
06:30
Britaniyanın Mİ6 xarici kəşfiyyat xidmətinin keçmiş rəhbəri vəfat edib.
05:30
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR