Bakı Enerji Həftəsi çərçivəsində “Cənub qaz dəhlizi: Enerji təhlükəsizliyi və regional əməkdaşlıq” mövzusunda panel müzakirəsi keçirilib.
EDnews xəbər verir ki, tədbirdə çıxış edən Qaz marketinq departamentinin rəisi, Nəriman Şahsuvar Cənub Qaz Dəhlizinin enerji təhlükəsizliyinin təmin edilməsində və regional əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb.
O, layihənin iştirakçı ölkələr arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə, həmçinin enerji təchizatının şaxələndirilməsinə töhfə verdiyini qeyd edib.
Panel müzakirəsində enerji bazarlarında müşahidə olunan müasir tendensiyalar, təbii qazın qlobal enerji balansındakı rolu, eləcə də regional əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin moderatoru "Newsbase" nəşrinin baş redaktoru CO Mörfi isə enerji təhlükəsizliyi sahəsində mövcud çağırışlar və bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.
Panel iştirakçıları enerji sektorunda dayanıqlı inkişafın təmin edilməsi, yeni tərəfdaşlıqların qurulması və mövcud layihələrin genişləndirilməsi məsələlərini də müzakirə ediblər.
Aytac Kərimova | EDnews





.jpg)



