ABŞ ordusu, Baş komandanın əmri ilə İrandakı hədəflərə əlavə zərbələr endirməyə başlayıb.
EDnews xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Şərq Sahil Vaxtı ilə saat 17:15-də (Bakı vaxtı ilə 11 iyun saat 01:15 - Qeyd) Ali Baş Komandanın əmri ilə Mərkəzi Komandanlıq qüvvələri İrandakı bir sıra hədəflərə qarşı özünümüdafiə məqsədilə əlavə zərbələr endirməyə başlayıb", - deyə bəyanatda bildirilib.
Fars əyaləti ərazisində partlayışlar baş verib, hava hücumundan müdafiə sisteminin işləməsi mümkündür.
Qeyd olunub ki, partlayışlar şəhərin xaricində baş verib. Agentlik həmçinin Kiş adasından uzaqda partlayış səsləri barədə məlumat yayıb.
Bundan başqa Tehranın qərbində, ölkənin cənubundakı Sirik və Minab rayonlarında da partlayışlar barədə məlumatlar var.
Qeyd edək ki, ABŞ-nin hərbi naziri Pit Heqset bu gün İrana qarşı güclü zərbələr endiriləcəyini açıqlayıb.






