Azərbaycanın Günəş enerjisi potensialı: Beynəlxalq investorların böyük etimadı və iqtisadi dividendlər – ARAŞDIRMA

Azərbaycanın Günəş enerjisi potensialı: Beynəlxalq investorların böyük etimadı və iqtisadi dividendlər – <span class="text-danger">ARAŞDIRMA</span>

Azərbaycanın "Yaşıl enerji" strategiyasında günəş potensialının reallaşdırılması və bu sahəyə cəlb olunan qlobal kapital ölkə iqtisadiyyatı üçün yeni perspektivlər açır. 

İllik 2500-3000 saat günəşli gün sayına malik olan Azərbaycanın bu sahədəki ümumi texniki potensialı 23 min meqavat həcmində qiymətləndirilir. 

Hazırda istismarda olan 230 MVt gücündə olan "Qaradağ" Günəş Elektrik Stansiyası təkbaşına ildə 110 milyon kubmetr təbii qaza qənaət etməyə imkan yaradır. Bu fonda "Masdar" və "BP" kimi qlobal nəhənglər ölkədə ümumi gücü 1000 meqavata yaxınlaşan yeni günəş stansiyaları ("Şəfəq", "Biləsuvar", "Neftçala") qururlar. 

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı EDnews-a danışarkən bildirib ki, bərpaolunan enerji istehsalı gücündən və ya investisiya həcmindən daha çox, ilk növbədə diqqəti Azərbaycanın investisiya imicinə yönəltmək lazımdır.   

eldeniz.jpg

O vurğulayıb ki, beynəlxalq etimad mühitinin yaxşılaşması ölkənin investisiya cəlbediciliyini birbaşa yüksəldir: 
"Hazırda Azərbaycanda bərpaolunan enerji sektorunda irimiqyaslı layihələr icra olunur və qlobal şirkətlər ölkəmizə böyük həcmdə investisiyalar yatırır. Konkret nümunə olaraq, 240 meqavat gücündə olan və təxminən 200 milyon ABŞ dolları investisiya tələb edən “Şəfəq” Günəş Elektrik Stansiyasını göstərmək olar. Eyni zamanda, hazırda “Masdar” şirkəti tərəfindən Biləsuvarda 445 meqavat, Neftçalada isə 315 meqavat gücündə günəş elektrik stansiyalarının inşası layihəsi həyata keçirilir. Bu layihələrin ümumi gücü təxminən 1000 meqavata yaxındır. Bu göstərici Azərbaycanın beynəlxalq investisiya reytinqinə müsbət təsir göstərir və digər qlobal investorlar üçün mühüm siqnal rolunu oynayır”.
İqtisadçının fikrincə, Azərbaycanda indiyə qədər iki enerji strategiyası uğurla həyata keçirilib və hazırda icra olunan alternativ enerji xətti artıq üçüncü mərhələdir və enerji sektorunda yeni bir dövrün başlanğıcıdır.  
"Bu fəaliyyət perspektivdə dövlət büdcəsi gəlirlərinin yüksək səviyyədə formalaşmasına xidmət edəcək, həmçinin ölkəyə valyuta daxilolmalarının müsbət dinamikasına öz töhfəsini verəcək. Bu da xarici investorların ölkəmizə olan marağını daha da artıracaq. Hazırda layihələrin özünüdoğrultma tempi barədə qəti fikir söyləmək bir qədər çətindir. Çünki alternativ enerji, xüsusilə günəş layihələrində qoyulan vəsaitlərin geri dönüş müddəti adətən 8-12 il arasında dəyişir. Azərbaycanda günəşli günlərin sayının çox olması və uzunmüddətli elektrik alqı-satqı müqavilələri nəzərə alındıqda, bu sahədə müsbət dinamikanın olacağını gözləmək olar. İnvestisiyaların geri dönüşü baxımından hər hansı bir problemin yaşanacağını düşünmürəm," - deyə o qeyd edib. 

Eldəniz Əmirov əlavə edib ki, bu tipli irimiqyaslı layihələrin icrası olduqca müsbət addımdır və gələcəkdə ölkə iqtisadiyyatına yüksək səmərə verəcəyi ehtimalı çox böyükdür.
Qeyd edək ki, Azərbaycan 2030-cu illa qədər ölkənin ümumi enerji balansında bərpaolunan enerjinin payını 30 faizə çatdırmağı hədəfləyir və bu istiqamətdə qlobal tərəfdaşlarla investisiya layihələrinin genişləndirilməsini davam etdirir.

Amin Həsənli | EDnews

Xəbər xətti

Mourinyo yenidən "Real"-da
22:44
Süni intellekt "Instagram" hesabların ələ keçirir
22:28
Ordumuz Serbiyada təlim keçib
22:09
İrana hücumu dayandırdı
21:54
Qambiya prezidenti İlham Əliyevi təbrik etdi
21:35
ABŞ-də giriş qadağası ilə üzləşən referiyə UEFA-dan etimad
21:20
Dövlət qurumunda korrupsiya əməliyyat
21:08
Albaniya prezidenti İlham Əliyevi təbrik etdi
20:51
"Sabah" fransalı oyunçunu icarəyə götürdü
20:28
Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans keçirilib
20:05
Avropa Mərkəzi Bankı faiz dərəcəsini artırdı
19:55
Rusiyadan Ermənistana idxal məhdudiyyəti
19:42
Rusiya Almaniyaya hücum edir?
19:27
Mundial həyəcanı ilə birlikdə narazılıqlar artır: Sərt qaydalar gündəmdə
18:44
Azərbaycan yeni nəsil KAAN qırıcıları alacaq? – AÇIQLAMA
18:21
Bu məktəblərdə ilk dəfə "Son zəng" çalınacaq
17:41
Kənd və şəhər uşaqlarında fərqli psixoloji problemlər aşkarlanıb
17:31
Rəşad Məcid: Qlobal platformaların Azərbaycanda nümayəndəlik açması vacibdir
17:21
Slovakiya XİN-in dövlət katibi Azərbaycana səfər edib
17:11
Dünya Çempionatı başlayır: Favoritlər açıqlandı
17:00
Böyük Britaniyanın müdafiə naziri istefa verdi
16:49
AAYDA-ya yeni sədr müavinləri təyin olunub - FOTO
16:32
Milyardlarla dollarlıq ehtiyat: Vətəndaşlara nə vəd edir?
16:22
TƏBİB-də icraçı direktorun yeni müavini təyin edilib
16:12
DÇ-nin oyununu bu kanal yayımlayacaq
16:02
Metro yay qrafikinə keçir
15:52
Ərdoğan Paşinyanı təbrik edib
15:37
Paşinyan Putini təriflədi
15:16
Ceyhun Əşrəfovun illik həbsi tələb edildi
14:52
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
14:35
400 min dollara satılan şəhər - FOTOLAR
14:10
Birgə Komissiyanın 55-ci iclası keçirildi - Fotolar
13:38
Azərbaycanın Günəş enerjisi potensialı: Beynəlxalq investorların böyük etimadı və iqtisadi dividendlər – ARAŞDIRMA
13:25
Sabahın havası AÇIQLANIB
13:12
5 gün yağış yağacaq - Xəbərdarlıq
13:00
Azərbaycan çempionatının mükafatçılarına 2 milyondan çox pul veriləcək
12:49
Pakistan-Əfqanıstan gərginliyi YENİDƏN ALOVLANIR?
12:30
“Az bal toplayan savadsızdır” MİFİNİ NECƏ DAĞIDAQ?
12:19
Azov dənizində həlak olan gəmi kapitanı dəfn olunub
12:06
Bakıda obyektdə yanğınla bağlı YENİ MƏLUMAT
11:55
Pensiya alanlara ŞAD XƏBƏR
11:40
Paytaxtda evdən 70 min manatlıq oğurluq edilib
11:16
DÇ-2026-dan bu gün başlayacaq mundialla bağlı AÇIQLAMA
10:52
Yaşayış binasında yanğın olub - XƏSARƏT ALANLAR VAR
10:37
Ermənistanda zəlzələ olub, Naxçıvanda hiss edilib
10:27
Bəzi yerlərə dolu düşüb, yağış yağır - FAKTİKİ HAVA
10:23
Portuqaliya - Nigeriya matçından əvvəl vəfat etdi
10:13
Beren Saatla Kenan Doğulu saxlanıldı
10:00
Bakı-Qəbələ-Bakı marşrutu üzrə YENİLİK - FOTO
09:56
Zakir Həsənov Pakistana başsağlığı verdi
09:49
Ölkədə iş qrafiki ilə bağlı yenilik
09:33
Xərçəngə qarşı yeni peyvənd hazırlanıb: İLK DƏFƏ
09:28
Bu bölgələrdə işıq olmayacaq
09:20
Daşkəsəndə sel fəlakəti: 77 heyvan tələf oldu, evlərə su doldu
09:13
Dünya bazarlarında neft bahalaşır
09:03
Körfəz ölkələrindən İrana xəbərdarlıq
04:31
ABŞ-də yenə FİFA skandalı
04:03
Nazir Qarabağ ərazisinə edilən investisiyalar barədə danışdı
03:35
İran Hörmüz boğazını bağladı
02:56
ABŞ İrana zərbələr endirməyə başlayıb
02:24
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR