Ölkəmizdə psixi xəstələrin sayı NİYƏ ARTIR? – ARAŞDIRMA

Ölkəmizdə psixi xəstələrin sayı NİYƏ ARTIR? – <span class="text-danger">ARAŞDIRMA</span>

Son illərdə Azərbaycanda psixi sağlamlıq problemlərinin artması həm rəsmi statistikada, həm də mütəxəssislərin müşahidələrində öz əksini tapır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilə 6 063 nəfər qeydiyyata alınıb. Onlardan 4 499-u kişi, 1 564-ü isə qadındır.

Sosioloq Hüseyn İbrahimov EDnews-a açıqlamasında psixi sağlamlığa təsir edən əsas faktorları sadalayıb. Onun sözlərinə görə, psixi və psixoloji problemlərin artması təkcə Azərbaycana xas deyil və bu tendensiya dünyanın bir çox ölkəsində müşahidə olunur.

huseyn_ibrahimov_sosioloq.jpg

“Ümumiyyətlə, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində psixoloji və psixi problemlərin statistikası artıb. Qərb ölkələrinin bəzi psixoloq və sosioloqları da bununla bağlı müxtəlif açıqlamalar verirlər. Hətta ABŞ-də son dövrlərdə ayrı-ayrı ştatlarda bu istiqamətdə artım müşahidə olunur və müxtəlif statistikalar gündəmə gətirilir”, – deyə o bildirib.

Sosioloq hesab edir ki, problemin əsas səbəblərindən biri insanların həyat tərzində baş verən dəyişikliklərdir.  

“Mən deməzdim ki, iqtisadi çətinliklər bu məsələdə əsas amildir. Çünki müstəqilliyin ilk illərində daha ağır iqtisadi vəziyyətlə üzləşmişdik. Ancaq həmin dövrdə bu qədər psixoloji problemlər müşahidə olunmurdu. Müasir dövrdə həyat tərzinin özündə baş verən dəyişikliklər daha çox rol oynayır”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, insanların musiqi seçimi, qidalanma vərdişləri, geyim tərzi, gündəlik davranışları və sosial münasibətlərindəki dəyişikliklər psixi vəziyyətə birbaşa təsir göstərir. Hüseyn İbrahimov xüsusilə sosial şəbəkələrin təsirini diqqətə çatdırıb. 

“Bəzi platformalar deviant davranışların formalaşmasına təsir göstərir, ailədaxili münasibətlərdə və sosial qruplar arasında gərginliyi artırır. Yeniyetmə və gənclərin müxtəlif zərərli internet resurslarına çıxışı da onların psixi durumuna mənfi təsir göstərən amillərdəndir”, – deyə sosioloq bildirib.

Araşdırmalar göstərir ki, son illərdə iqtisadi qeyri-sabitlik, yaşayış xərclərinin artması, pandemiyanın nəticələri, müharibə travmaları və sosial media təsirləri insanların psixoloji yükünü artıran əsas amillər sırasındadır. 

COVID-19 pandemiyası dövründə yaranan təcrid, yaxınlarını itirmək qorxusu, sosial münasibətlərin zəifləməsi və qeyri-müəyyənlik hissi bir çox insanın psixi sağlamlığına mənfi təsir göstərib. Dünyada olduğu kimi Azərbaycanda da pandemiyadan sonra depressiya və təşviş hallarında artım müşahidə olunur.

Psixoloq Vəfa Rəşidova isə hesab edir ki, psixi sağlamlıq problemlərinin artmasının əsas səbəblərindən biri ailədaxili münasibətlərdəki problemlərdir.

627ba58a2ef18.jpg

“Problemin tək bir səbəbi yoxdur. Ən əsas səbəblərdən biri ailədaxili münasibətlərin sağlam və balanslı olmamasıdır. Konsultasiyalar zamanı tez-tez görürük ki, insanlar bir-birinin həyatına müdaxilə edir, seçimlərinə hörmət etmirlər. Bu da şəxsi sərhədlərin olmaması ilə bağlıdır”, – deyə psixoloq bildirib.

Onun sözlərinə görə, bir evdə bir neçə ailənin birlikdə yaşaması, maddi sıxıntılar və şəxsi məkanın olmaması da insanların psixoloji vəziyyətinə mənfi təsir göstərir.

“Maddi problemlər, işsizlik, gəlirin az olması və ya məhdud imkanlar insanlarda narahatlıq yaradır. Eyni zamanda qeyri-müəyyənlik hissi də mühüm amildir. İnsanlar gələcəklə bağlı plan qurmaqda çətinlik çəkir və bu da onların psixi sağlamlığına təsir edir”, – deyə Vəfa Rəşidova qeyd edib.

Psixoloq insanların istirahətə kifayət qədər vaxt ayırmamasını da problem kimi qiymətləndirib.

“İnsanlar istirahətə və tətilə pul xərcləmək istəmirlər. Halbuki dincəlməyən və özünə vaxt ayırmayan insanın psixi sağlamlığında müəyyən problemlərin yaranması qaçılmazdır”, – deyə o bildirib.

Vəfa Rəşidovanın fikrincə, müharibə təhlükəsi, zəlzələ qorxusu, zorakılıq və qətl xəbərlərinin geniş yayılması da insanların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Bundan başqa, şəxsi sərhədlərə hörmət edilməməsi və insanların bir-birinin həyatına həddindən artıq müdaxilə etməsi cəmiyyətdə psixoloji gərginliyi artıran amillərdən biridir. 

Beləliklə, həm statistik göstəricilər, həm də mütəxəssis rəyləri göstərir ki, Azərbaycanda psixi sağlamlıq problemlərinin artması bir neçə amilin təsiri ilə bağlıdır. Ailədaxili münasibətlərdəki problemlər, həyat tərzinin dəyişməsi, sosial şəbəkələrin təsiri, iqtisadi və sosial qeyri-müəyyənlik, həmçinin qlobal hadisələrin yaratdığı stress psixi sağlamlığa təsir edən əsas faktorlar kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, problemin həlli üçün həm maarifləndirmə işlərinin gücləndirilməsinə, həm də psixoloji yardım xidmətlərinin əlçatanlığının artırılmasına ehtiyac var.

Xədicə Cabbarlı | EDnews

Xəbər xətti

ABŞ Kubanın neft şirkətinə sanksiya tətbiq etdi
23:30
İran bu adanın sahilini minalayıb
22:59
Mourinyo yenidən "Real"-da
22:44
Süni intellekt "Instagram" hesabların ələ keçirir
22:28
Ordumuz Serbiyada təlim keçib
22:09
İrana hücumu dayandırdı
21:54
Qambiya prezidenti İlham Əliyevi təbrik etdi
21:35
ABŞ-də giriş qadağası ilə üzləşən referiyə UEFA-dan etimad
21:20
Dövlət qurumunda korrupsiya əməliyyat
21:08
Albaniya prezidenti İlham Əliyevi təbrik etdi
20:51
"Sabah" fransalı oyunçunu icarəyə götürdü
20:28
Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans keçirilib
20:05
Avropa Mərkəzi Bankı faiz dərəcəsini artırdı
19:55
Rusiyadan Ermənistana idxal məhdudiyyəti
19:42
Rusiya Almaniyaya hücum edir?
19:27
Mundial həyəcanı ilə birlikdə narazılıqlar artır: Sərt qaydalar gündəmdə
18:44
Azərbaycan yeni nəsil KAAN qırıcıları alacaq? – AÇIQLAMA
18:21
Bu məktəblərdə ilk dəfə "Son zəng" çalınacaq
17:41
Kənd və şəhər uşaqlarında fərqli psixoloji problemlər aşkarlanıb
17:31
Rəşad Məcid: Qlobal platformaların Azərbaycanda nümayəndəlik açması vacibdir
17:21
Slovakiya XİN-in dövlət katibi Azərbaycana səfər edib
17:11
Dünya Çempionatı başlayır: Favoritlər açıqlandı
17:00
Böyük Britaniyanın müdafiə naziri istefa verdi
16:49
AAYDA-ya yeni sədr müavinləri təyin olunub - FOTO
16:32
Milyardlarla dollarlıq ehtiyat: Vətəndaşlara nə vəd edir?
16:22
TƏBİB-də icraçı direktorun yeni müavini təyin edilib
16:12
DÇ-nin oyununu bu kanal yayımlayacaq
16:02
Metro yay qrafikinə keçir
15:52
Ərdoğan Paşinyanı təbrik edib
15:37
Paşinyan Putini təriflədi
15:16
Ceyhun Əşrəfovun illik həbsi tələb edildi
14:52
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
14:35
400 min dollara satılan şəhər - FOTOLAR
14:10
Birgə Komissiyanın 55-ci iclası keçirildi - Fotolar
13:38
Azərbaycanın Günəş enerjisi potensialı: Beynəlxalq investorların böyük etimadı və iqtisadi dividendlər – ARAŞDIRMA
13:25
Sabahın havası AÇIQLANIB
13:12
5 gün yağış yağacaq - Xəbərdarlıq
13:00
Azərbaycan çempionatının mükafatçılarına 2 milyondan çox pul veriləcək
12:49
Pakistan-Əfqanıstan gərginliyi YENİDƏN ALOVLANIR?
12:30
“Az bal toplayan savadsızdır” MİFİNİ NECƏ DAĞIDAQ?
12:19
Azov dənizində həlak olan gəmi kapitanı dəfn olunub
12:06
Bakıda obyektdə yanğınla bağlı YENİ MƏLUMAT
11:55
Pensiya alanlara ŞAD XƏBƏR
11:40
Paytaxtda evdən 70 min manatlıq oğurluq edilib
11:16
DÇ-2026-dan bu gün başlayacaq mundialla bağlı AÇIQLAMA
10:52
Yaşayış binasında yanğın olub - XƏSARƏT ALANLAR VAR
10:37
Ermənistanda zəlzələ olub, Naxçıvanda hiss edilib
10:27
Bəzi yerlərə dolu düşüb, yağış yağır - FAKTİKİ HAVA
10:23
Portuqaliya - Nigeriya matçından əvvəl vəfat etdi
10:13
Beren Saatla Kenan Doğulu saxlanıldı
10:00
Bakı-Qəbələ-Bakı marşrutu üzrə YENİLİK - FOTO
09:56
Zakir Həsənov Pakistana başsağlığı verdi
09:49
Ölkədə iş qrafiki ilə bağlı yenilik
09:33
Xərçəngə qarşı yeni peyvənd hazırlanıb: İLK DƏFƏ
09:28
Bu bölgələrdə işıq olmayacaq
09:20
Daşkəsəndə sel fəlakəti: 77 heyvan tələf oldu, evlərə su doldu
09:13
Dünya bazarlarında neft bahalaşır
09:03
Körfəz ölkələrindən İrana xəbərdarlıq
04:31
ABŞ-də yenə FİFA skandalı
04:03
Nazir Qarabağ ərazisinə edilən investisiyalar barədə danışdı
03:35
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR