Bu sürücülər daha çox sığorta haqqı ödəyəcək - XƏBƏRDARLIQ

Bu sürücülər daha çox sığorta haqqı ödəyəcək - <span class="text-danger">XƏBƏRDARLIQ</span>

Son illər avto-icbari sığorta sahəsində bəzi sürücülərin yüksək sığorta haqqından yayınmaq üçün müxtəlif yollara əl atdığı müşahidə olunur.

Xüsusilə qəza törətmiş sürücülərin növbəti il daha artıq məbləğ ödəməmək məqsədilə avtomobili etibarnamə əsasında başqa şəxsin adına sığortalatması bu sahədə diqqət çəkən hallardan biridir. 

Mövzu ilə bağlı EDnews-a danışan nəqliyyat eksperti Ərşad Hüseynov qeyd edib ki, Mərkəzi Bankın avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqlarının hesablanması qaydaları ilə bağlı qərarı var. Həmin qaydalar hələ 2023-cü ilin dekabr ayında dəyişdirilib və bu dəyişikliklər yaxın günlərdə tətbiq olunacaq. Dəyişikliklər əsasən iki vacib məsələni əhatə edir:   

'r.ad.webp

"Birinci məsələ bonus-malus (BM) sistemi ilə bağlıdır. Əvvəllər nəqliyyat vasitəsinin sahibi sığorta müqaviləsi üzrə sığorta hadisəsi törətdikdə və həmin hadisədə təqsirli hesab olunduqda, sığorta şirkəti tərəfindən ödəniş edildiyi halda ona malus hesablanırdı. Nəticədə növbəti il və ya növbəti müqavilə bağlanarkən həmin şəxs daha yüksək sığorta haqqı ödəməli olurdu. Əksinə, il ərzində sığorta hadisəsi baş vermədikdə növbəti il üçün sığorta haqqı müəyyən qədər- təxminən 5 faiz azalırdı. Lakin bu sistem bir qədər mürəkkəb idi. Yeni dəyişikliklərdən biri də ondan ibarətdir ki, artıq sığorta tarixçəsi əmsalı tətbiq ediləcək. Bu sistem daha sadə hesab olunur".  

Ekspertin sözlərinə görə, digər əsas məsələ, hesablanma mexanizmi ilə bağlıdır: 

"Yeni qaydalara əsasən, nəqliyyat vasitəsinin sahibinin bağladığı sığorta müqaviləsi üzrə sığorta hadisəsi baş verdikdə sığorta haqqı 30 faiz artacaq. Hər növbəti hadisəyə görə bu artım yenidən 30 faiz olacaq. Lakin qaydalarda qeyd olunub ki, ümumi artım 300 faizdən çox ola bilməz. Yəni sığorta haqqı hadisələrin sayından asılı olaraq müəyyən həddə qədər arta bilər, lakin bu həddi keçə bilməz. Yeni qaydalara görə, əgər nəqliyyat vasitəsindən bir neçə şəxs istifadə edirsə, yeni sığorta müqaviləsi bağlanarkən onların içərisində sığorta tarixçəsi ən pis olan şəxsin göstəriciləri əsas götürüləcək. Yəni avtomobildən istifadə edənlər arasında risk göstəricisi daha yüksək olan şəxs varsa, sığorta haqqı da onun tarixçəsinə uyğun hesablanacaq".

Ekspert onu da əlavə edib ki, avtomobildən iki və ya üç şəxs istifadə edirsə və müqaviləni sığorta tarixçəsi yaxşı olan şəxs bağlasa belə, sığorta haqqı tarixçəsi daha pis olan istifadəçiyə görə müəyyən ediləcək:

"Bu mexanizmin düzgün işləməsi üçün dövlət qurumları, sığorta sistemi və müvafiq məlumat bazaları arasında inteqrasiya təmin olunmalıdır. Məlumat mübadiləsi düzgün aparılmalıdır ki, gələcəkdə əlavə suallar və problemlər yaranmasın. İcbari sığorta sahəsində hələ də həllini gözləyən bir sıra məsələlər var. Məsələn, 2011-ci ildən bu yana sığorta təminatının yuxarı həddi dəyişməyib. Həmin vaxt müəyyən edilən limitlər bu gün də qüvvədədir. Məsələn, maddi zərərə görə bir hadisə üzrə nəzərdə tutulan sığorta təminatının məbləği uzun illərdir yenilənmir. Halbuki bu müddət ərzində ciddi inflyasiya baş verib, qiymətlər artıb, avtomobillərin, ehtiyat hissələrinin və təmir xərclərinin dəyəri xeyli yüksəlib. Buna görə də bu məsələlərə yenidən baxılmasına ehtiyac var".

Aytac Kərimova | EDnews 

Xəbər xətti

İspan qapıçı ən yaxşı seçildi
21:35
Tramp ABŞ hərbi helikopterinə hücuma cavab veriləcəyini açıqladı
21:23
Bakıda bu yerlərdə qaz olmayacaq
20:58
Niderland səfirliyi Tehrana qaytarılıb
20:40
“Yenidən İrana zərbələr vurmağa hazırıq”
20:27
“Azərbaycan Biznesinin İnkişafı Fondu”na yeni səlahiyyət verildi - Fərman
20:15
Paytaxtın bu ərazilərində qaz olmayacaq
19:39
Sabunçuda açıq ərazi yanır
19:20
Seyid Əli Xameneinin dəfninin vaxtı açıqlandı
18:50
Ermənistanda Tsarukyana qarşı cinayət işi başlanıldı
18:40
Madyarın Orbandan daha varlı olduğu ortaya çıxdı
17:30
QHT nümayəndələri Nazirliyin publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər - FOTOLAR
17:17
Bu sürücülər daha çox sığorta haqqı ödəyəcək - XƏBƏRDARLIQ
17:15
Baş nazir yeni qərar imzaladı: Qaydalar təsdiqləndi
17:00
Sloveniya Prezidenti Azərbaycan liderini təbrik etdi
16:40
Müəllimlərin attestasiya nəticələrinə uyğun təlimlər keçiriləcək
16:34
8-ci mərtəbədən yıxılan uşağın VƏZİYYƏTİ AĞIRDIR
16:24
MM-in növbəti iclasının tarixi və gündəliyi açıqlandı
16:04
Aİ yeni sanksiya paketində Rusiya banklarını hədəf alacaq
15:57
“Bakıkart” kartlarının satış qiyməti artırılır
15:33
Dmitri Solonnikov: “Ermənistanın Aİ-yə inteqrasiya üçün lazım olan pulu yoxdur”
15:30
Ermənistanda seçki qalmaqalı böyüyür: 555 məntəqədə səslərin təkrar sayılması tələb olunur
15:20
CHP-də qarşıdurma qızışdı: Türkiyə parlamenti bağlandı
15:13
Hikmət Hacıyev: 2020-ci ilin noyabrından bu günədək 427 nəfər mina qurbanı olub
15:00
Bakıda taksi qiymətləri kəskin bahalaşdı: artım 50 faizə çatır
14:49
Tramp İranla razılaşmanın yaxın olduğunu neçə dəfə deyib?
14:34
Ermənistandakı seçki pozuntuları və Avropa institutları: İkili standartlar “sözünü deyir”...
14:25
DÇ-2026-nın açılış oyununu o idarə edəcək - AÇIQLANDI
14:10
Bərdədə faciəli şəkildə həlak olan hərbçinin FOTOSU
13:58
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirildi
13:49
DİN-dən maşının üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
13:37
BŞTİ-nin tabeliyindəki məktəbləri 87 mindən çox şagird bitirir
13:17
Sabahın havası açıqlandı
13:01
Eynulla Fətullayevin yerinə o gətirildi
12:51
Dəmir yolu keçidlərində baş verən yol-nəqliyyat hadisələrinin SAYI AÇIQLANDI
12:46
Azərbaycana 32 kq-dan artıq narkotikin gətirilməsinin QARŞISI ALINDI
12:35
Paşinyanın qələbəsi və YENİ MƏRHƏLƏ: Konstitusiya üçün KRİTİK 5 SƏS
12:28
İsrail və İran hücumları DAYANDIRIBLAR- MÜDDƏT AÇIQLANDI
12:19
Hoteldə ölüm hadisəsi baş verib
12:12
Ermənistanın siyasi kursunda dönüş? Paşinyan Avropanın aparıcı partiyası ilə danışıqlar aparır
12:06
DİN Əməliyyat KEÇİRTDİ- 5 avtomat silahı, 3 tapança, 1 qumbara...
11:56
Həmin sürücü saxlanıldı - FOTO
11:41
“Central Park”a şortiklə girmək qadağan olunub? – RESTORANDAN AÇIQLAMA
11:15
Azovda dron hücumu: 19 azərbaycanlı ölkəyə yola salındı, daha 2 nəfərin nəşi tapıldı
11:13
AĞIR QƏZA baş verdi: Hərbçi öldü
10:49
XİN Ukrayna və Yaxın Şərqdəki münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ ETDİ
10:38
Donald Tramp helikopter qəzası ilə bağlı açıqlama verdi
10:32
MyGov-da rekord artım: istifadəçilərin sayı 2 milyona çatdı
10:21
Ağcabədi sakini kimyəvi məhluldan zəhərlənərək ölüb
10:05
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak edib
09:55
“Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:43
ABŞ-nin helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb
09:31
Ceyhun Bayramov Yaponiyaya səfər etdi
09:24
Əfqan Sadıqov həbs edildi - SON DƏQİQƏ
09:20
Yevlaxda faciə: 91 yaşlı qadın yanıq xəsarətlərindən öldü
09:10
Futbol əfsanəsi baş məşqçi təyin edildi
02:15
İranda 4,9 bal gücündə zəlzələ baş verib
02:11
Konqoda Eboladan ölənlərin sayı 100-ü keçdi
02:08
PAYTAXTDA insident - 5 nəfər saxlanıldı
01:37
Seçkidən sonra Ermənistanın sülhlə bağlı daha cəsarətli addımlar atacağına ÜMİD EDİRİK- TÜRKİYƏ XİN
01:26
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR