Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans keçirilib

İyunun 11-də AMEA-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

EDnews "AZƏRTAC"-a istinadən xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Alman-Azərbaycan Cəmiyyəti və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Türkiyə, Almaniya, Gürcüstan və digər ölkələrin alimləri ilə yanaşı, ölkəmizin tanınmış memarları, tarixçilər və mədəniyyət xadimləri də iştirak ediblər.

Əvvəlcə konfrans çərçivəsində AzMİU-nun Memarlıq fakültəsində fotosərgiyə baxış keçirilib. Sərgidə universitetin rektoru professor Gülçöhrə Məmmədova, Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayev, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini Xalq rəssamı Ağəli İbrahimov və AzMİU-nun Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova çıxış edərək sərginin elmi və mədəni əhəmiyyətindən danışıblar.

AMEA-nın Əsas binasında keçirilən beynəlxalq konfransı giriş nitqi ilə Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə açıb. Direktor qeyd edib ki, bu ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, eyni zamanda, BMT-nin ən nüfuzlu tədbirlərindən biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın qlobal miqyasda şəhərsalma və memarlıq mərkəzi kimi mövqeyini bir daha möhkəmləndirir.

Ərtegin Salamzadə bildirib ki, Bakı XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində, xüsusilə İçərişəhər ətrafında formalaşan memarlıq mühitində alman memarlarının mühüm izi olan şəhərlərdən biridir. Həmin dövrdə alman memarlarının iştirakı ilə inşa edilən yaşayış, ictimai və digər təyinatlı binalar şəhərin memarlıq simasının formalaşmasında əhəmiyyətli rol oynayıb.

Direktor çıxışında Azərbaycanda alman məskənlərinin tarixi, alman memarlarının fəaliyyəti, ölkəmizdə bu günədək qorunub saxlanılan alman memarlıq nümunələri və bu irsin gələcək nəsillərə ötürülməsinin vacibliyi məsələlərinə də toxunub. O, yalnız Bakıda deyil, Azərbaycanın müxtəlif bölgələrində almanların kompakt şəkildə yaşadıqlarını, həmin ərazilərdə də alman memarlığına aid izlərin mövcud olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayev Azərbaycanda alman memarlıq irsinin əhəmiyyətindən bəhs edib, alman memarlığı nümunələrinə ölkəmizin müxtəlif bölgələrində – xüsusilə Göygöl, Şəmkir və Gədəbəy ərazilərində rast gəlindiyini bildirib. Qeyd edib ki, bu nümunələr XIX–XX əsrlərdə formalaşmış mədəni-memarlıq mühitinin ayrılmaz tərkib hissəsidir.

Professor Çingiz Abdullayev alman memarlığının ən dəyərli nümunələrindən birinin Bakı şəhərində yerləşən Alman-lüteran kilsəsi olduğunu vurğulayıb. Bildirib ki, 1899-cu ildə istifadəyə verilmiş bu abidə həmin dövrdə Bakının ən nadir memarlıq incilərindən biri kimi tanınıb və şəhərin memarlıq simasında xüsusi yer tutub.

Tədbirdə bir qrup şəxs Almaniya-Azərbaycan memarlığının və dostluq ənənələrinin inkişafındakı xidmətlərinə görə Alman-Azərbaycan Cəmiyyəti tərəfindən diplomla təltif olunublar.

Konfransda, həmçinin Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universitetinin professoru Vedat Çalışkan, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri memarlıq üzrə elmlər doktoru Rahibə Əliyeva, həmin institutun elmi işçisi Ellada Abbasova, Gürcüstan-Almaniya Assosiasiyasının sədri Aleksandr Feldmayer, almaniyalı tədqiqatçı İnge Şturm, Türkiyənin Özyeğin Universitetinin tədqiqatçısı Ayşegül Özer və AzMİU-nun doktorantı Aygün İmanova məruzələrlə çıxış ediblər. Çıxış edənlər alman memarlıq məktəbinin Cənubi Qafqazda, xüsusilə Azərbaycanda formalaşmasına təsir edən tarixi-sosial amillər, alman memarlarının şəhərsalma prosesində rolu, ayrı-ayrı regionlarda qorunub saxlanılan memarlıq nümunələrinin tədqiqi və mühafizəsi məsələlərindən bəhs ediblər. Məruzələrdə memarlıq irsinin yalnız tarixi abidə kimi deyil, eyni zamanda, mədəni yaddaş, identiklik və müasir şəhərin inkişafı üçün strateji resurs kimi dəyərləndirilməsinin vacibliyi vurğulanıb.

İyunun 12-də konfrans iştirakçılarının Göygöl rayonuna səfəri nəzərdə tutulub. Səfər zamanı qonaqların rayon rəhbərliyi ilə görüşü, alman memarlıq abidələri ilə tanışlığı və bölgənin tarixi-mədəni irsini əks etdirən məkanları ziyarət etməsi planlaşdırılır.

Xəbər xətti

Süni intellekt "Instagram" hesabların ələ keçirir
22:28
Ordumuz Serbiyada təlim keçib
22:09
İrana hücumu dayandırdı
21:54
Qambiya prezidenti İlham Əliyevi təbrik etdi
21:35
ABŞ-də giriş qadağası ilə üzləşən referiyə UEFA-dan etimad
21:20
Dövlət qurumunda korrupsiya əməliyyat
21:08
Albaniya prezidenti İlham Əliyevi təbrik etdi
20:51
"Sabah" fransalı oyunçunu icarəyə götürdü
20:28
Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans keçirilib
20:05
Avropa Mərkəzi Bankı faiz dərəcəsini artırdı
19:55
Rusiyadan Ermənistana idxal məhdudiyyəti
19:42
Rusiya Almaniyaya hücum edir?
19:27
Mundial həyəcanı ilə birlikdə narazılıqlar artır: Sərt qaydalar gündəmdə
18:44
Azərbaycan yeni nəsil KAAN qırıcıları alacaq? – AÇIQLAMA
18:21
Bu məktəblərdə ilk dəfə "Son zəng" çalınacaq
17:41
Kənd və şəhər uşaqlarında fərqli psixoloji problemlər aşkarlanıb
17:31
Rəşad Məcid: Qlobal platformaların Azərbaycanda nümayəndəlik açması vacibdir
17:21
Slovakiya XİN-in dövlət katibi Azərbaycana səfər edib
17:11
Dünya Çempionatı başlayır: Favoritlər açıqlandı
17:00
Böyük Britaniyanın müdafiə naziri istefa verdi
16:49
AAYDA-ya yeni sədr müavinləri təyin olunub - FOTO
16:32
Milyardlarla dollarlıq ehtiyat: Vətəndaşlara nə vəd edir?
16:22
TƏBİB-də icraçı direktorun yeni müavini təyin edilib
16:12
DÇ-nin oyununu bu kanal yayımlayacaq
16:02
Metro yay qrafikinə keçir
15:52
Ərdoğan Paşinyanı təbrik edib
15:37
Paşinyan Putini təriflədi
15:16
Ceyhun Əşrəfovun illik həbsi tələb edildi
14:52
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
14:35
400 min dollara satılan şəhər - FOTOLAR
14:10
Birgə Komissiyanın 55-ci iclası keçirildi - Fotolar
13:38
Azərbaycanın Günəş enerjisi potensialı: Beynəlxalq investorların böyük etimadı və iqtisadi dividendlər – ARAŞDIRMA
13:25
Sabahın havası AÇIQLANIB
13:12
5 gün yağış yağacaq - Xəbərdarlıq
13:00
Azərbaycan çempionatının mükafatçılarına 2 milyondan çox pul veriləcək
12:49
Pakistan-Əfqanıstan gərginliyi YENİDƏN ALOVLANIR?
12:30
“Az bal toplayan savadsızdır” MİFİNİ NECƏ DAĞIDAQ?
12:19
Azov dənizində həlak olan gəmi kapitanı dəfn olunub
12:06
Bakıda obyektdə yanğınla bağlı YENİ MƏLUMAT
11:55
Pensiya alanlara ŞAD XƏBƏR
11:40
Paytaxtda evdən 70 min manatlıq oğurluq edilib
11:16
DÇ-2026-dan bu gün başlayacaq mundialla bağlı AÇIQLAMA
10:52
Yaşayış binasında yanğın olub - XƏSARƏT ALANLAR VAR
10:37
Ermənistanda zəlzələ olub, Naxçıvanda hiss edilib
10:27
Bəzi yerlərə dolu düşüb, yağış yağır - FAKTİKİ HAVA
10:23
Portuqaliya - Nigeriya matçından əvvəl vəfat etdi
10:13
Beren Saatla Kenan Doğulu saxlanıldı
10:00
Bakı-Qəbələ-Bakı marşrutu üzrə YENİLİK - FOTO
09:56
Zakir Həsənov Pakistana başsağlığı verdi
09:49
Ölkədə iş qrafiki ilə bağlı yenilik
09:33
Xərçəngə qarşı yeni peyvənd hazırlanıb: İLK DƏFƏ
09:28
Bu bölgələrdə işıq olmayacaq
09:20
Daşkəsəndə sel fəlakəti: 77 heyvan tələf oldu, evlərə su doldu
09:13
Dünya bazarlarında neft bahalaşır
09:03
Körfəz ölkələrindən İrana xəbərdarlıq
04:31
ABŞ-də yenə FİFA skandalı
04:03
Nazir Qarabağ ərazisinə edilən investisiyalar barədə danışdı
03:35
İran Hörmüz boğazını bağladı
02:56
ABŞ İrana zərbələr endirməyə başlayıb
02:24
ABŞ İrana hücum edəcəyini açıqladı
01:51
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR