Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində vəzifə dəyişikliyi olub.
EDnews xəbər verir ki, Agentliyin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdiri Yalçın Niftiyev vəzifəsindən ayrılıb.
Məlumata görə, Y.Niftiyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətində yeni vəzifəyə təyin edilib.
Belə ki, o, SOCAR vitse-prezidentinin müavini təyin olunub. (Unikal.az)





.jpg)

