Bu gün saat 19:35 radələrində bəzi avtobuslarda quraşdırılmış kart oxucularında qısamüddətli texniki nasazlıq qeydə alınıb.
EDnews xəbər verir ki, nasazlıq səbəbindən sərnişinlər BakıKart, bank kartları və digər təmassız ödəniş vasitələri ilə ödəniş zamanı müvəqqəti çətinliklərlə üzləşiblər.
Məsələ ilə bağlı operativ tədbirlər görülüb və yaranmış problem qısa müddət ərzində aradan qaldırılıb.
Məlumata görə, saat 20:00 etibarilə sistemin fəaliyyəti tam bərpa olunub və ödənişlər əvvəlki qaydada həyata keçirilir.






