Azərbaycanda bu ilin 5 ayında 1 milyon 21 min şəxsə 937 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.
Bu barədə EDnews-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Onlardan 505 min nəfərə dövlət büdcəsi hesabına müavinət olaraq 529 milyon manat, 407 min nəfərə Prezident təqaüdü olaraq 339 milyon manat, 109 min nəfərə isə sosial sığorta hesabına müavinət olaraq 69 milyon manat ödəniş edilib.
Belə ki, ödənilən vəsait keçən ilin müvafiq dövrünə nisbətən dövlət büdcəsi hesabına müavinətlər üzrə 15 faiz, təqaüdlər üzrə isə 17 faiz çox olub.







