"Azərbaycan halal iqtisadiyyatın inkişafı üçün tərəfdaşlıqları genişləndirməyə hazırdır".
EDnews xəbər verir ki, bunu maliyyə nazirinin I müavini Anar Kərimov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "Davamlı Regional İnteqrasiya üçün Halal İqtisadiyyat" tədbirində bildirib.
Onun sözlərinə görə, halal iqtisadiyyatın gələcəyi təkcə ayrı-ayrı bazarların inkişafından deyil, ölkələr, bizneslər, investorlar və yeni imkanlar arasında güclü əlaqələrin qurulmasından asılıdır:
"Bu məqsədə nail olunarsa, halal iqtisadiyyat regional inteqrasiyanın, ortaq rifahın və davamlı inkişafın mühüm hərəkətverici qüvvəsinə çevrilə bilər. Azərbaycan, o cümlədən Maliyyə Nazirliyi bu baxışın reallaşdırılması istiqamətində bütün tərəfdaşlarla əməkdaşlığa hazırdır. Birgə səylərlə daha güclü bazarlar formalaşdırmaq və daha möhkəm tərəfdaşlıqlar qurmaq mümkündür".
Aytac Kərimova | EDnews







