Prezident İlham Əliyev Vatikan rəsmisi ilə görüşüb

Prezident İlham Əliyev Vatikan rəsmisi ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Corc Ceykob Kuvakadı qəbul edib.

EDnews xəbər verir ki, bu barədə President.az məlumat yayıb.

Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Müxtəlif səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin genişlənməsində mühüm rol oynadığı qeyd edilib.

Bu baxımdan Corc Ceykob Kuvakadın Azərbaycanın regionlarına da səfər edəcəyinin əhəmiyyəti xüsusi vurğulanıb.

Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Roma Papası XIV Leonun və Vatikanın dövlət katibi kardinal Pietro Parolinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə təşəkkürünü bildirib və onun da salamlarının Roma Papasına, eləcə də Vatikanın dövlət katibinə çatdırılmasını xahiş edib.

Dövlət başçısı Vatikana səfərini və mərhum Roma Papası Fransisklə görüşünü, həmçinin onun Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

Söhbət zamanı Azərbaycanda tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində bir ailə kimi yaşadığı qeyd olunub. Azərbaycanın tolerantlıq və multikulturalizm məkanı kimi dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına qlobal səviyyədə mühüm töhfələr verdiyi vurğulanıb.

Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti də qeyd edilib, ölkəmizdə ikinci Katolik kilsəsinin inşa olunduğu bildirilib.

Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında əməkdaşlığa da toxunulub. Fondun Vatikanda həyata keçirdiyi layihələrin mədəni irsin qorunması və dinlərarası dialoqun təşviqi baxımından əhəmiyyəti qeyd edilib.

Görüş zamanı Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Prezident İlham Əliyev Roma Papası XIV Leonun Azərbaycana səfərə dəvəti ilə bağlı məktubunu Corc Ceykob Kuvakada təqdim edib.

Xəbər xətti

“Qarabağ”da növbəti GÖZLƏNİLMƏZ ayrılıq
15:21
Azərbaycanda gənclər üçün yeni İT imkanı: EPAM mərkəzi açıldı
15:10
"Dünyanı başlarına yıxacağıq" - Tramp
14:56
Zəlzələ baş verdi - TƏCİLİ
14:54
“Ukrayna Belarusa cavab zərbəsi endirəcək”: SENSASİON AÇIQLAMA
14:50
Fermerlər üçün yeni güzəşt: bu avadanlıqlar ƏDV-dən azad edilir
14:42
İqtisadiyyat naziri Lord Stokvud ilə görüşdü
14:28
Avropa Birliyi İran və enerji asılılığı ilə bağlı mövqeyini açıqladı
14:18
Tramp: "ABŞ–İran razılaşmasının ikinci mərhələsi asan olacaq"
14:01
"QHT səviyyəsində digər təşkilatlarla əməkdaşlıq imkanları yarana bilər" - Məryəm Məcidova
13:58
Vüqar Bayramov: "Bu, Azərbaycanla İİB arasında münasiblərin dərinləşdiyini göstərir"
13:51
Rusiyanın Paşinyanla bağlı PLANI NƏDİR? - Şevçenko AÇIQLADI
13:45
Leyla Əliyeva UNFCCC-nin icraçı katibi ilə görüşüb
13:34
İqlim dəyişikliyi ilə bağlı xərclər BİR MİLYARDDAN ÇOX OLUB
13:06
İran və Rusiya dolları RUBL İLƏ ƏVƏZ EDİR
12:58
Aygün Kazımovadan Röyaya AD GÜNÜ SÜRPRİZİ
12:47
Bakıda yeni yol 8 Noyabr prospektinə birləşəcək: SIXLIQ AZALIR
12:42
Məhkəmə Əli Kərimli ilə bağlı QƏRAR VERDİ
12:37
FACİƏ! Körpə uşaq qızdırmadan ÖLDÜ
12:25
Hidayət Orucovun cənazəsi Bakıya gətirildi
12:18
Azərbaycanlılar Fransaya axın edir
11:56
Lukaşenkodan İsrailə XƏBƏRDARLIQ
11:50
Jurnalist vəsiqəsi pulsuz veriləcək
11:38
“Sərhədsiz gənclər: Ortaq regional rifahın təşviqi” adlı panel müzakirəsi baş tutdu - FOTO
11:30
Yaponiya baş naziri rəsmi MƏRASİMSİZ QARŞILANDI
11:28
Ötən həftə 1668,8 hektar ərazi MİNALARDAN təmizlənib
11:17
Fərhad Hacıyev: "Azərbaycan gənclər üçün imkanlar ölkəsidir"
11:00
Prezident İlham Əliyev Vatikan rəsmisi ilə görüşüb
10:55
"Bu imkanlar təhsili daha əlçatan edir" - Ədalət Muradov
10:40
NATO-nun parlament sammitinin TARİXİ AÇIQLANDI
10:33
DYP-dən piyadalara xəbərdarlıq: “Diqqətli olun!” - VİDEO
10:28
Media və Yayım Şurası YARADILIR
10:15
Neft UCUZLAŞDI
10:01
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları işə başlayıb - FOTOLAR
09:56
Rayonlarda intensiv yağış yağır
09:45
Paytaxtın bəzi ərazilərində İŞIQ olmayacaq
09:25
ABŞ İrana 300 milyon dollar ödəyəcək? TRAMPDAN AÇIQLAMA
07:53
Hindistan “Tomahawk” analoqunu sınaqdan keçirdi – 1500 km məsafəni vurur
07:28
Ədən yaxınlığında silahlı insident – Tanker atəşə tutuldu
06:45
İki ay ərzində Hörmüz boğazından keçid ödənişsiz olacaq
06:23
Kəbənin örtüyü dəyişdirilib
06:00
Tanınmış vəkilin oğlu HƏBS EDİLDİ
05:45
İnfarkt keçirənlərin ƏKSƏRİYYƏTİNDƏ BU PROBLEM OLUR
05:38
Netanyahudan ŞOK AÇIQLAMA: "QALİB GƏLƏCƏYƏM"
05:23
Rusiyada ayı balıqçını parçaladı
05:10
DÇ-2026: Uruqvay - Səudiyyə Ərəbistanı qarşılaşması - heç-heçə başa çatdı
05:01
Tehran üçün TARİXİ XƏBƏR: bu dövlətlər eyni anda İrana qarşı sanksiyaları ləğv edir
04:02
İsrail ordusunun Livana son hücumları: ÖLƏN VƏ YARALANANLARIN SAYI AÇIQLANDI
03:42
Göyçayda güclü külək və leysan yağışı ciddi fəsadlar törədib
03:12
DÇ-2026: Səudiyyə Ərəbistanı - Uruqvay oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
02:59
Rusiyada Tu-22M3 bombardmançısı qəzaya uğrayıb- EKİPAJ SAĞDIR
02:54
Kubada 5,3 bal gücündə zəlzələ baş verib
02:50
32 yaşlı kişi bıçaqlanıb- Yaralı dərhal...
02:45
Aİ rəsmən BU ÖLKƏ İLƏ üzvlük danışıqlarına başladı
02:37
Belçika - Misir matçında qalib müəyyənləşmədi - Yenilənib
01:30
ABŞ-də strateji bombardmançı qəzaya uğrayıb - xəsarət alanlar barədə hələlik məlumat verilmir.
00:54
BU ƏRAZİDƏ YAŞAYANLARIN DİQQƏTİNƏ! İŞIQ OLMAYACAQ
00:38
BU ÖLKƏDƏ beynəlxalq narkotik şəbəkəsi ZƏRƏRSİZLƏŞDİRİLDİ
00:32
Avropa Komissiyasından Fransaya 15 MİLYARD AVRO
00:25
DÇ-2026: Belçika - Misir oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
00:14
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR