ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52 Stratofortress" strateji bombardmançı təyyarəsi Kaliforniya ştatındakı "Edvards" aviasiya bazasından havaya qalxdıqdan sonra qəzaya uğrayıb.
EDnews xəbər verir ki, bu barədə aviasiya bazası"X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
Qəzanın səbəbləri, heyətin taleyi və mümkün xəsarət alanlar barədə hələlik məlumat verilmir.
Qeyd edək ki, "B-52 Stratofortress" "Boeing" şirkəti tərəfindən hazırlanmış çoxməqsədli strateji bombardmançı təyyarəsidir. İlk uçuşunu 1952-ci ildə həyata keçirib, 1955-ci ildə isə ABŞ HHQ-nin silahlanmasına qəbul edilib. Böyük məsafələrdə nüvə və adi zərbələr endirmək üçün nəzərdə tutulub. Heyəti beş nəfərdən ibarətdir. Havada yanacaqdoldurma olmadan uçuş məsafəsi 14 000 km-dən çoxdur.







