“Köhnə yaraları yenidən deşmək, münasibətləri qızışdırmaq mənasızdır”.
Xalq artisti Brilliant Dadaşova bunu son günlər ermənilərin Azərbaycan mahnılarını ifa etməsi ilə bağlı EDnews-a danışarkən bildirib.
Onun sözlərinə görə, Qafqaza sülh gəlməlidir:
“Sülh mütləq olmalıdır. Kimsə istəsə də, istəməsə də, bu proses olmalıdır və olacaq. Biz ömür boyu bir-birimizlə düşmən kimi yaşaya bilmərik. Çünki bu düşmənçilik davam etsə, bizdən sonra bizim nəvələrimiz bunun əziyyətini çəkəcək. Onların da nəvələri çəkəcək. Bunun sonu olmayacaq. Ona görə də bu məsələyə nə vaxtsa müdrik insanlar son nöqtə qoymalıdırlar. Əlbəttə, müəllif hüquqları qorunmalıdır, milli musiqimizə hörmət edilməlidir. Amma eyni zamanda, düşmənçilik də sonsuz davam edə bilməz”.







