İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa Livanda “Hizbullah”a qarşı hərbi kampaniyanı davam etdirmək niyyətində olduğunu bildirib.
EDnews xəbər verir ki, bu barədə "Ynet" portalı İsrail mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Netanyahu İsrailin Livandan qoşunlarını çıxarmaq niyyətində olmadığını və İranla əldə olunduğu bildirilən razılaşmada Livanla bağlı müddəaların İsrail üçün məcburi xarakter daşımadığını qeyd edib.
Qeyd edək ki, iyunun 14-də Donald Tramp ABŞ-nin İranla razılaşma əldə etdiyini açıqlayıb. Onun sözlərinə görə, razılaşma Hörmüz boğazının maneəsiz şəkildə açılmasını və İran İslam Respublikasına qarşı dəniz blokadasının dərhal ləğvini nəzərdə tutur.
Danışıqlarda vasitəçi qismində çıxış edən Pakistanın Baş naziri Şahbaz Şərif isə tərəflərin bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılması barədə razılığa gəldiyini bildirib.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyi Trampın sülh sazişi ilə bağlı açıqlamasını ABŞ üzərində qələbə kimi qiymətləndirib.







