Rusiyanın Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı hava hücumu nəticəsində azı 4 nəfər həlak olub, 30 nəfər yaralanıb.
EDnews xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Hücum zamanı zərər görən tikililər arasında Ukraynanın ən mühüm dini və mədəni irs nümunələrindən biri olan Kiyev-Peçersk Lavra monastırı da yer alıb. Məlumata görə, tarixi monastırda yanğın baş verib.
Kiyev Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko tarixi abidənin hücumların təsirinə məruz qaldığını açıqlayıb.
Ukraynanın Baş naziri Yuliya Svırıdenko sosial şəbəkə hesabında hadisəni “Ukrayna xalqına və mədəni irsinə qarşı amansız hücum” kimi qiymətləndirib.
Ukrayna Pravoslav Kilsəsinin rəhbəri, mitropolit Epifaniy isə beynəlxalq ictimaiyyətə müraciət edərək Rusiyaya qarşı daha sərt addımların atılmasına çağırıb.







