Qətər qarşıdakı danışıqlarda bütün tərəflərin pozitiv və konstruktiv mövqe nümayiş etdirəcəyinə ümid edir.
EDnews xəbər verir ki, bunu Qətər hökumətinin başçısı açıqlamasında bildirib.
“Biz gözləyirik ki, bütün tərəflər qarşıdakı danışıqlarda pozitiv və konstruktiv şəkildə iştirak edəcəklər. Bu isə əldə olunan irəliləyişin möhkəmlənməsinə və daha da inkişafına töhfə verəcək”, — deyə Qətərin Baş naziri qeyd edib.
O, həmçinin razılaşmaların əldə olunmasına töhfə verən Pakistana və bütün beynəlxalq iştirakçılara təşəkkürünü bildirib.
Baş nazir vurğulayıb ki, Qətər dialoq və sülh yolu ilə regional və beynəlxalq səviyyədə təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə xidmət edən bütün səyləri dəstəkləməyə davam edəcək.
Qeyd edək ki, daha əvvəl CNN diplomatik mənbəyə istinadən qətərli vasitəçilərin Tehranda 17 saat davam edən intensiv danışıqlardan sonra ölkəni tərk etdiyini bildirmişdi.







