ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Prezident Donald Trampla prezident seçkilərində namizədliyi məsələsini hələ müzakirə etmədiklərini bildirib.
EDnews xəbər verir ki, o bu haqda “CBS News” telekanalına müsahibə verərkən danışıb.
Vensin sözlərinə görə, o, hələ qəti qərar verməyib.
Vitse-prezident bu məsələni builki aralıq seçkilərindən sonra həyat yoldaşı Uşa Vens ilə müzakirə edəcəyini bildirib.
O bildirib ki, Prezident Donald Tramp onun qərarını dəstəkləyəcək:
“Mən əminəm ki, ABŞ prezidenti mənim verəcəyim hər bir qərarı tam dəstəkləyəcək. Lakin biz hələlik bu barədə ətraflı danışmamışıq”, - deyə o qeyd edib.







