Türkiyə millisi FIFA 2026 Dünya Kubokunun qrup mərhələsinə məğlubiyyətlə başlayıb.
EDnews xəbər verir ki, D qrupunda mübarizə aparan Türkiyə yığması ilk oyununda Avstraliya ilə qarşılaşıb.
Görüş Avstraliya millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Avstraliyanın qollarını Nestory İrankunda və Connor Metcalfe vurublar.
Bu nəticədən sonra Türkiyə millisi qrupdakı növbəti oyunlarında vəziyyətini yaxşılaşdırmağa çalışacaq. Türkiyə D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparır.







