ABŞ Prezidenti Donald Trampın adı Con Kennedi adına İfa Sənətləri Mərkəzinin fasadından quraşdırılmasından altı aydan az müddət sonra sökülüb.
EDnews-un "Reuters"ə istinadən verdiyi məlumata görə, söküntü, Konqresin razılığı olmadan qurumun adının dəyişdirilməsinin mümkün olmadığı barədə məhkəmə qərarına uyğun olaraq həyata keçirilib.
Fasaddan hərflərin çıxarılması işi təxminən 30 dəqiqə davam edib.
Bundan əvvəl Trampın rəhbərlik etdiyi mərkəzin idarə heyəti müəssisənin adının Donald Tramp-Con Kennedi Xatirə İfaçılıq Sənətləri Mərkəzi adlandırılmasına səs verib. Lakin may ayının sonlarında Vaşinqton məhkəməsinin qərarı ilə ad dəyişikliyi qadağan edilib və Trampın adının bütün lövhələrdən silinməsi barədə göstəriş verilib.








