Milli Basketbol Assosiasiyasında — NBA-da 53 ildən sonra çempion olan “Nyu York Niks” komandasının azarkeşləri qələbəni küçələrdə qeyd ediblər.
EDnews xəbər verir ki, komandanın çempionluğundan sonra minlərlə azarkeş Nyu-Yorkun Tayms Meydanına toplaşıb.
Qələbə sevinci zamanı ərazidə gərginlik yaşanıb. Azarkeşlərin küçələrdə avtobus yandırdığı bildirilib.
Qeyd edək ki, “Nyu York Niks” final seriyasında “San Antonio Spurs”u 4:1 hesabı ilə məğlub edərək 1973-cü ildən bəri ilk dəfə NBA çempionu olub.
Bu qələbə klub tarixində uzun fasilədən sonra qazanılan ən böyük uğurlardan biri kimi qiymətləndirilir.







