Ağdam rayonunda ildırım düşməsi nəticəsində yanğın hadisəsi baş verib.
EDnews xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qaradağlı kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd ərazisində yerləşən mağazaya ildırım düşüb. Nəticədə obyektdə yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.







