İcazəsiz uçuş OLMAYACAQ – avtonom dronlar üçün yeni tələblər

İcazəsiz uçuş OLMAYACAQ – <span class="text-danger">avtonom dronlar üçün yeni tələblər</span>

Azərbaycanda pilotsuz uçuş aparatlarının istifadəsində yeni mərhələ başlayır. Milli Məclisdə müzakirə olunan "Aviasiya haqqında" qanuna dəyişikliklər avtonom pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyətini ilk dəfə geniş şəkildə tənzimləməyi nəzərdə tutur. Layihə qəbul edilərsə, mülki təyinatlı avtonom dronların uçuşları daha ciddi nəzarət altında olacaq, onların fəaliyyəti üçün yeni icazə və təhlükəsizlik mexanizmləri tətbiq ediləcək.

EDnews mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Uçuşlar real vaxt rejimində izlənəcək

Qanun layihəsinə əsasən, avtonom pilotsuz uçuş aparatı insan tərəfindən birbaşa idarə olunmadan, əvvəlcədən proqramlaşdırılmış marşrut üzrə hərəkət edən hava nəqliyyatı vasitəsi hesab ediləcək. Bununla belə, sistem tamamilə nəzarətsiz olmayacaq. Hər bir avtonom dronun fəaliyyətinə xüsusi şəhadətnaməyə malik operator nəzarət etməlidir. Operatorun vəzifəsi sistemin işini izləmək, təhlükə yarandıqda müdaxilə etmək və zərurət olduqda uçuşu dayandırmaq olacaq.

Yeni qaydalara görə, avtonom dronlar istədikləri ərazidə fəaliyyət göstərə bilməyəcəklər. Uçuşlar yalnız dövlət qurumlarının müəyyən etdiyi xüsusi coğrafi zonalarda həyata keçiriləcək. Bu zonalar interaktiv xəritədə göstəriləcək və operatorlar həmin məlumatları davamlı izləməli olacaqlar.

Layihənin ən diqqətçəkən məqamlarından biri də uçuş məlumatlarının real vaxt rejimində dövlətin informasiya sisteminə ötürülməsi tələbidir. Operatorlar dronun hərəkəti və fəaliyyəti ilə bağlı məlumatları aidiyyəti qurumlara təqdim etməli, eyni zamanda bu məlumatları ən azı altı ay müddətində saxlamalı olacaqlar.

İcazə, qeydiyyat və nəzarət

Qanun layihəsində kibertəhlükəsizlik məsələlərinə də xüsusi yer ayrılıb. Sənədə görə, dronların proqram təminatı kənar müdaxilələrə qarşı dayanıqlı olmalı, sistemlərdə nasazlıq yarandıqda belə təhlükəsiz idarəetmə imkanları qorunmalıdır. Bundan başqa, məsafədən idarəetmə mərkəzlərinin proqram təminatının mütəmadi yenilənməsi, təhlükəsizlik auditlərinin keçirilməsi və mümkün kiberhücumlara qarşı müdafiə tədbirlərinin görülməsi tələb olunur.

Yeni qaydalar uçuş icazələri ilə bağlı prosedurları da müəyyənləşdirir. Nəzarət olunan hava məkanında və aerodromların yaxınlığında uçuş həyata keçirmək istəyən operatorlar əvvəlcədən xüsusi icazə almalıdırlar. Bunun üçün uçuşdan azı üç saat əvvəl müvafiq sənədlər və məlumatlar təqdim edilməlidir.

Layihədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan dron operatorlarına nəzarət mexanizmləri də nəzərdə tutulub. Müvafiq sertifikat almış şirkətlərin qanunvericiliyin tələblərinə əməl edib-etmədiyi yoxlanılacaq. Beləliklə, kommersiya məqsədilə istifadə olunan avtonom dronların fəaliyyəti də daha şəffaf və nəzarətli olacaq.

 


Avtonom gəmilər fəaliyyətə başlayacaq

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qanuna təklif edilən dəyişiklikləri "Kaspi"yə şərh edərək bildirib ki, yeni tənzimləmələr yalnız pilotsuz uçuş aparatlarını deyil, eyni zamanda avtonom gəmilərin istifadəsini də əhatə edəcək geniş hüquqi çərçivənin formalaşmasına xidmət edir. Onun sözlərinə görə, Azərbaycanda kənardan idarə olunan, yəni avtonom gəmilərin istifadəyə verilməsi gözlənilir ki, bu da ümumilikdə avtonom nəqliyyat vasitələrinin sayının artmasına imkan yaradacaq.

 



Xəbər xətti

NBA-nın finalından sonra baş verən iğtişaşlarda polislər yaralanıb
22:05
Trampla prezidentliyə namizədliyimi danışmamışıq - Vens
21:50
Tramp G7-də miqrasiya ilə bağlı Britaniya və Avropanı tənqid edəcək
21:25
Pezeşkian: İranın Təhlükəsizlik Şurası ABŞ ilə dialoqu davam etdirəcək
21:00
ABŞ-İran sazişi yaxın üç saat ərzində imzalanacaq - Tramp
20:50
Tramp Putinə zəng etdi - NƏ BAŞ VERİR?
20:21
"Formula-1" Qran-prisinin qalibi bəlli olub
20:11
Ben Blək ABŞ-Azərbaycan münasibətlərindən danışıb
19:30
Paytaxtda yanğın olub
19:20
Ermənistandakı parlament seçkilərinin nəticələri açıqlandı
18:58
Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
18:38
Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq
18:28
“15 İyun Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən tarixi dönüş nöqtəsi oldu” - MİLLƏT VƏKİLİ
17:48
Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşüb
17:28
Bu iki ölkə milliləri mübarizəyə başlayır
16:45
İsrail dron hücumlarına cavab verib
16:25
ABŞ-İran arasında anlaşma memarandumu imzalanacaq
15:45
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
15:25
Qəbul imtahanı cavablarının açıqlanacağı vaxt BƏLLİ OLDU - YENİLƏNİB
15:11
Moskvanın müharibə xərcləri rekord həddə çatıb
14:53
Livanın cənubunda gərginlik: 29 qəsəbə üçün təxliyə çağırışı
14:35
“Nyu York Niks”in çempionluğu Nyu-Yorkda qarışıqlıqla qeyd olundu - VİDEO
14:20
“Neftçi”nin qapıçısı xarici klubların hədəfində
14:06
"AZAL"-dan Naxçıvan reysləri ilə bağlı açıqlama
13:50
Avtomobil yollarında hava şəraiti ilə bağlı xəbərdarlıq edildi
13:37
Rusiyada yanacaq anbarları vuruldu
13:26
Türkiyədə məğlubiyyət məyusluğu: Montella oyundan danışdı
12:58
"Milli Qurtuluşdan başlanan yol ölkəmizi sabitliyə apardı" - Millət vəkili
12:37
80 yaşlı Tramp ABŞ tarixində REKORDA İMZA ATDI – BAYDENİ GERİDƏ QOYDU
12:28
Ermənistanda müxalifətin seçki şikayəti rədd edildi
12:25
İngilis Kanalında Rusiyaya bağlı tanker saxlanıldı
11:58
Ağdamda mağazaya ildırım düşdü: YANĞIN BAŞ VERDİ
11:50
Şəki sakini keçmiş həyat yoldaşını və qayınanasını ÖLDÜRDÜ
11:39
Türkiyə millisi DÇ-2026-ya məğlubiyyətlə başladı
11:15
İsrail səfirliyindən "Hizbullah"-la bağlı SƏRT BƏYANAT
10:53
BAMF Hidayət Orucovun vəfatı ilə bağlı BAŞSAĞLIĞI VERDİ
10:00
İcazəsiz uçuş OLMAYACAQ – avtonom dronlar üçün yeni tələblər
07:43
Mərakeş millisinin baş məşqçisi: "QALİB GƏLMƏK İSTƏYİRDİK, AMMA..."
07:30
Fukuşimada ikinci dayanma: 7800 ton suyun buraxılması yenidən başladı
06:31
30 dəqiqəyə silindi: Trampın adı məşhur mərkəzin fasadından çıxarıldı
06:07
DÇ-2026: Haiti - Şotlandiya oyununda hesab açılıb - YENİLƏNİR-2
05:47
ABŞ-də hərbi təyyarə qəzaya uğrayıb, meşə yanğını başlayıb
05:44
ABŞ parçalanır? – Bir neçə ştatda ayrılmaq çağırışları gücləndi
05:36
İranda aksiyalar başladı - Əraqçinin istefası tələb edilir
05:32
ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib
05:10
Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq
05:05
Braziliya - Mərakeş oyununun ən yaxşı futbolçusu açıqlanıb
04:50
Braziliya Mərakeşi məğlub edə bilmədi
02:53
Haitidə yüksək vəzifəli məmur oğurlandı
01:33
İran və ABŞ rəsmiləri gələn həftə İsveçrədə görüşəcəklər - KİV
01:28
KİV ABŞ və İran arasında imzalanacaq memorandumun təfərrüatlarını açıqlayıb
00:46
DÇ-2026: Qətər - İsveçrə oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
00:35
Meksikada SİLAHLI HÜCUM : Mer öz evində qətlə yetirildi
00:27
Məzunlar “Son zəng”i təhlükəsiz qeyd etdi : DİN-dən AÇIQLAMA
00:18
Trampın İran açıqlaması İsraildə REZONANS YARATDI – Netanyahu İCLAS KEÇİRİR
00:09
14.06.2026
Tramp ilə Makronun görüşəcəyi yer və məkan bəlli olub
23:48
Hidayət Orucov vəfat etdi
23:38
DÇ-2026: Qətər - İsveçrə oyunu start götürüb
23:19
Kirən kəndində qəza baş verib - Ölən var
22:56
"YouTube"da 500 milyon abunəçisi olan ilk bloger o oldu
22:36
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR