Rusiyanın Ukrayna ilə müharibəyə sərf etdiyi gündəlik xərclərin rekord səviyyəyə çatdığı bildirilir.
EDnews xəbər verir ki, hesablamalara görə, Moskva hərbi əməliyyatlara gündə təxminən 65 milyard rubl, yəni 897 milyon dollar xərcləyib.
Bu göstərici saatlıq hesablamada təxminən 2,7 milyard rubl və ya 37,2 milyon dollar təşkil edir.
Mütəxəssislərin fikrincə, bu rəqəmlər müharibənin Rusiya büdcəsinə yaratdığı maliyyə yükünün miqyasını göstərir.







